gundem / Cəmiyyət
27.09.2023
İki polkovnik-leytenant şəhid olub
Lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçularımızın arasında iki polkovnik-leytenant rütbəsini daşıyan şəxs var.
“dogruxeber.tv” xəbər verir ki, onlardan biri DİN-in Daxili Qoşunlarının hərbi qulluqçusu Hüseynov Rəşad Rəhim oğludur.
Şəhid olan digər polkovnik-leytenant isə Müdafiə Nazirliyinin hərbçisi Vüsal Rüstəmovdur.



