gundem / siyaset / sosial / bolge / Cəmiyyət
19.10.2023, 17:30
Gələn il əhalinin Şuşaya köçürülməsinə başlanılacaq
"Gələn ilin birinci rübündə əhalinin Şuşaya köçürülməsinə başlanılacaq. Bu, 400-ə yaxın ailəni əhatə edəcək".
"dogruxeber.tv" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.
O bildirib ki, bu yaxınlarda genişmiqyaslı yol infrastrukturunun inşası prosesinə başlanılacaq. Onun sözlərinə görə, sosial obyektlərin tikintisi prosesi davam etdirilir.



