MİDA bütün informasiya sistemlərini “Hökumət buludu”na köçürdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında 3 iyun 2019-cu il tarixli 718 nömrəli Fərmanının icrası məqsədilə həyata keçirilən “Hökumət buludu”na Keçid Planına əsasən dövlət qurumları ilə işlər davam etdirilir.

"dogruxeber.tv" xəbər verir ki, fəaliyyət çərçivəsində dövlət qurumlarının informasiya sistemlərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-yə məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir.

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) “Hökumət buludu”na miqrasiya çərçivəsində “AzInTelecom” MMC-nin təqdim etdiyi IaaS (İnfrastructure-as-a-Service) bulud infrastrukturu xidmətini əldə edib. MİDA bütün informasiya sistemlərini ilkin mərhələdə “AzInTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzində yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib.

MİDA-nın ümumi infrastrukturunun qiymətləndirilməsi nəticəsində hesabat hazırlanıb və bunun əsasında İT sistemlərin miqrasiyası üçün konsultasiya xidməti verilib. Həmçinin miqrasiya prosesini əks etdirən Yol Xəritəsi hazırlanıb.

Dövlət Agentliyi baş verə biləcək gözlənilməz hallarda dayanmaların qarşısını almaq və işləkliyi təmin etmək məqsədilə öz informasiya sistemlərini əlavə olaraq Yevlax Data Mərkəzində də yerləşdirib. “AzInTelecom” MMC tərəfindən hər iki Data Mərkəzdə MİDA-ya virtual server xidmətinin verilməsi təmin olunub.

Dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır.

Bununla yanaşı, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksək keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.

“AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Data Mərkəzinə malikdir.

Oxunub: 351

Son xəbərlər

Məşhur şadlıq evində GÜCLÜ YANĞIN

Qəzzada hakimiyyət təhvil verilir

Bağça müəllimləri sertifikasiyadan nə vaxt keçəcək? – AÇIQLAMA

Sumqayıtda futbol meydançasında faciə – 23 yaşlı oğlan həyatını itirdi

Erməni siyasətçidən təklif: “Ermənistanın prezidenti din xadimi olsun”

Daşkəsəndə qəza oldu

Lənkəran səhiyyəsində şübhəli tender

ABŞ səfiri Türkiyədə qalmaqala səbəb oldu

Bu günün valyuta məzənnələri

“Goldman Sachs”: İran müharibəsi neftin qiymətini 100-115 dollar səviyyəsində saxlaya bilər

Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Bakının bir sıra yollarında tıxac yaranıb

Kənd Təsərrüfatı Nazirliyinin tenderi niyə LƏĞV olundu?

“AzInTelecom”un superkompüter infrastrukturunun istifadəsinə başlanılıb

Məşhur uşaq qidasında siçan zəhəri aşkarlanıb

İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir

Ağcaqanadlar ən çox onları SANCIR

Bu meyvə xərçəngə qarşı gizli silah imiş...

“iPhone 18 Pro” bu rəngdə olacaq

Benilüks ölkələrindən Azərbaycana HÜCUM – Bakıdan REAKSİYA

Azərbaycanlı alpinist 9-cu yüksək zirvəni fəth etdi

İlham Əliyev bu sessiyanın iştirakçılarına müraciət edib

Türkiyə Ukrayna və Rusiya danışıqlarına ev sahibliyi etməyə hazırdır

İRNA: İran ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina edib

Rövşən Məmmədov "sevimli kadrı"nı işdən çıxardı - İş yoldaşlarının adına kredit götürüb? (ŞOK İDDİA)

Avtomobildə sıxılan sürücü XİLAS EDİLDİ

Cevdet Yılmaz: Azərbaycan-Ermənistan sülh sazişindən hər kəs qazanacaq

"Leobank"dan narazılıq: Davamlı zənglər, dözülməz vəziyyət...

Britaniyalıların yarıdan çoxu Avropa İttifaqına qayıdışı dəstəkləyir

Fidan və Lavrov fəaliyyət planını imzaladılar

Bütün xəbərlər