"Bir və ya bir neçə görüşdən nəticə çıxmayacaq" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın beşinci görüşü keçirilib.

Tərəflər delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati və prosedur məsələləri nəzərdən keçiriblər.

"dogruxeber.tv" bildirir ki, məsələ ilə bağlı “Unikal”a açıqlama verən politoloq Elxan Şahinoğlu bildirib ki, görüşü faydalı hesab edir:

“Ümumiyyətlə, birbaşa danışıqlara ehtiyac var. Bizim vasitəçilərə ehtiyacımız yoxdur. Onlar məsələləri daha da uzadırlar. Hər birinin də özünün müəyyən maraqları var.

Birbaşa danışıqlar, sərhəddə görüşlər keçirilməlidir. Gürcüstan da məkan olaraq seçilə bilər. Birgə işçi qrupun iclaslarını da keçirmək vacibdir.

Aydın məsələdir ki, bir və ya bir neçə görüşdən nəticə çıxmayacaq, amma bu bir prosesdir və bu prosesin Azərbaycana bir neçə faydası var.

Birinci fayda ondan ibarətdir ki, növbəti ildən etibarən biz Ermənistanı razılaşmaya yaxınlaşdıra bilərik. İkincisi, Ermənistanla davamlı danışıqlar aparmaqla Azərbaycana qarşı olan beynəlxalq təzyiqləri də azaltmaq mümkündür. Əgər iki tərəf danışıqlar aparırsa, üçüncü tərəf vəziyyəti gərginləşdirməkdən çəkinəcək.

Ona görə də, bu görüşlər və danışıqlar birmənalı olaraq davam etdirilməlidir”, - deyə o qeyd edib.

"Bir və ya bir neçə görüşdən nəticə çıxmayacaq" - AÇIQLAMA

"Brüsseldə vurğulanan bəndlər Azərbaycanın xeyrinədir" - Politoloq

Politoloq delimitasiya prosesinin nə qədər müddət davam edə biləcəyindən də danışıb:

“Delimitasiya prosesinin nə qədər müddət davam edəcəyini demək çətindir. Bu, danışıqların gedişatından asılı olacaq. Ümumiyyətlə, sülh müqaviləsinin mətni razılaşdırılsa, məncə, sərhədlərin delimitasiya məsələsinin həll edilməsi çətin olmayacaq.

Əsas odur ki, hər iki tərəf bir-biriləriin ərazi bütövlüyünü tanıyıblar. Bu prinsipial məsələ həll olunub. Sülh müqaviləsi imzalansa, digər məsələləri də sürətlə həll etmək mümkün olacaq”.

Son xəbərlər

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

"Vaşinqtona etimad göstərmirik" - İran

Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Bütün xəbərlər