gundem / siyaset / Cəmiyyət
16.12.2023, 14:45
AXCP və Müsavat seçkilərdə iştirak etməyəcək
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Müsavat Partiyası fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə qatılmayacaq.
"dogruxeber.tv" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla bağlı qərar Müsavat Partiyasının İdarə Heyəti iclasında və müvafiq olaraq AXCP-nin keçirdiyi qurultayda verilib.
Partiyalar aparılan müzakirələrin və sorğuların nəticələrini nəzərə alaraq bu nəticəyə gəldiklərini bəyan ediblər.



