Gədəbəydə ət satanın Bakıda udduğu gözqamaşdıran tenderlər nələrdən xəbər verir

dogruxeber.tv: - Dekabr ayının 12-də “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi tikili və avadanlıqların cari təmiri üzrə keçirmiş olduğu kotirovka sorğusunu tamamladığını açıqlayıb və dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumata görə “M-KONTAKT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 32.227,28 manat məbləğində satınalma müqaviləsi bağlamağı planlaşdırır.

Bu satınalma proseduru ətrafında apardığımız araşdırmada məlum oldu ki, MMC son səkkiz ayda onlarla tenderin qalibi olub. Dahə ətraflı araşdırdıqda daha da maraqlı məlumatlarla üzləşdik. Əvvəlcə rəsmi dövlət orqanlarının MMC barəsində məlumatlarına diqqət yetirək.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “M-KONTAKT” Məhdud Məsuliyyətli Cəmiyyətinin 24.04.2003-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, İLQAR HƏBİBOV, ev 50C, qanuni təmsilçisi kimi isə Bayramalıyev Mübariz Qəşəm oğlu qeyd olunub.

Qeyd edək ki, cari ilin yanvar ayından MMC-nin müxtəlif dövlət qurumları ilə bağladığı satınalma müqavilələrinə diqqət yetirdikdə qəribə mənzərələrlə rastlaşdıq. Belə ki, dövlət satınalmalarının vahid internet portalında MMC-nin 26.10.2023-cü il tarixdə Milli Depozit Mərkəzi ilə toplantı zalı üçün ofis mebellərinin satınalınması üzrə 8.879,5 manat məbləğində, 20.10.2023-cü il tarixdə DİN Daxili Qoşunlar Baş İdarəsi ilə avadanlıqların və qazanxana avadanlıqlarına, elektrik generatorlarına, su nasoslarına, elektrik tənzimləyicilərinə texniki qulluqların göstərilməsi, təmiri, həmçinin generatorların yağ və filtrlərinin dəyişdirilməsi xidmətlərinin satın alınması üzrə 250.787,17 manat məbləğində, 05.09.2023-cü il tarixdə Dİn Komendant Xidməti ilə mebel inventarlarının alınması üzrə 37.996 manat məbləğində, 04.09.2023-cü il tarixdə “Nizami Tibb Mərkəzi” Publik Hüquqi Şəxsi ilə Mebel və avadanlıqlar”-ın satın alınması üzrə 18.300,62 manat məbləğində, 09.08.2023-cü il tarixdə “Azərsu” ASC ilə təsərrüfat inventarları və ofis avadanlıqlarının satın alınması üzrə 87.013,02 manat məbləğində, 19.07.2023-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə inventarların satınalınması üzrə 8.020,58 manat məbləğində, 19.06.2023-cü il tarixdə Müdafiə Sənayesi Nazirliyi ilə 10.600,03 manat məbləğində, 22.05.2023-cü il tarixdə Bakı Baş Səhiyyə Mərkəzi ilə bərk inventarların satın alınması üzrə 225.000 manat məbləöində, 13.03.2023-cü il tarixdə Qida Təhlükəsizliyi İnstitutu ilə stellajların satın alınması üzrə 39.100 manat məbləğində, 11.01.2023–cü il tarixdə Bakı Turizm İnformasiya Mərkəzi ilə yeni inzibati bina üçün ofis mebellərinin alınması üzrə 47.200 manat məbləğində satınalma müqaviləsi bağlanıldığı açıqlanıb.

Bunlardan əlavə MMC “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsi ilə tikili və avadanlıqların cari təmiri üzrə 37.400,74 manat, Azərbaycan Respublikasının Milli Məclisi ilə mebel, kreslo və digər inventarların alınması və mövcudların təmir bərpa işlərinin satın alınması üzrə 199.056,56 manat məbləğində satınalma müqavilələri də bağlamağı planlaşdırır.

Göründüyü kimi MMC daha çox inventarların satınalması üzrə keçirilmiş tenderlərin qalibi olub. Amma udduğu tenderlərə göz qamaşdıran bu MMC-nin barəsində açıq mənbələrdə heç bir məlumat yoxdu. Maraqlı bir məlumat isə MMC-nin qanuni təmsilçisi Bayramalıyev Mübariz Qəşəm oğlu barəsindədi. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 21 ilun 2023-cü il tarixdə Qurban bayramı günlərində respublika üzrə 138 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərinin siyahısını açıqlayıb. Həmin siyahıda “M-KONTAKT” MMC-nin qanuni təmsilçisi kimi göstərilən Bayramalıyev Mübariz Qəşəm oğlunun Gədəbəy şəhərində qurbanlıq heyvanların satışına icazə verilib.

Maraqlıdır Gədəbəydə ət satışı ilə məşğul olan Mübariz Bayramalıyev həqiqətən də “M-KONTAKT” MMC-nin qanuni təmsilçisidir, yoxsa MMC heç özünün də xəbəri olmadan onun adına yaradılıb. Məmurların yaxın adamlarının, qeyri-müəyyən şəxslərin adına yaradılmış MMC-lər vasitəsi ilə tender prosedurlarının saxtalaşdırılması halları barədə sosial şəbəkə və elektron media resusrslarında demək olar ki, kifayət qədər geniş məlumatlar var. Çox güman ki, bu da onlardan biridir.//Aktualinfo.org

Oxunub: 490

Son xəbərlər

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Ukrayna ordusu Orskda neft emalı zavodu və Permdə “Transneft”in obyektinə zərbə endirib

"Sumqayıt"ın forvardı Rüstəm Əhmədzadə: "Səkkiz penaltidən beşini boşa verməyimiz təsadüfdür"

Sürücülük hüququ məhdudlaşdırılan şəxs narkotikin təsiri altında saxlanıldı

Əməkdar jurnalistə vəzifə verildi

Şahin Mustafayev Ermənistanda səfərdədir

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Cinayətdə şübhəli bilinən 64 nəfər tutuldu

Bakıda makler həbs edildi: Yarım milyonluq fırıldaq

Rusiya orduya 20 minə yaxın xarici vətəndaş cəlb edir

"Caspian İnvest" BOKT maliyyə vəziyyətini açıqlayıb

Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi təmir üçün materiallar alacaq

Bütün xəbərlər