Vidadi Muradovun 30 milyonluq əmlakı ilə bağlı QƏRAR VERİLDİ

"Azərxalça" ASC-nin sabiq sədri, ev dustaqlığında olarkən dünyasını dəyişən Vidadi Aydın oğlu Muradovun əmlaklarının üzərinə qoyulan həbsin götürülməsilə bağlı məhkəmə prosesi keçirilib.

DugruXeber.az”ın məlumatına görə,  Ali Məhkəmənin hakimi Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə kassasiya şikayəti təmin edilməyib. Ali Məhkəməyə daxil olan şikayətdə bazar dəyəri 10 milyon manatdan çox olan əmlakların müsadirə edilməsi ilə bağlı qərarın ləğvi, cinayət işinin bu hissədə yeni apellyasiya baxışına qaytarılması xahiş olunub. Həmin əmlaklara mərhum Vidadi Muradova məxsus ev və “Azər-İlmə” MMC-nin səhm payları və aktivləri daxildir. V.Muradovun 30 milyonluq əmlak dövlət nəfinə keçib. 

Qeyd edək ki, Vidadi Muradov 2021-ci ilin yanvarında həbs edilib. Həmin ilin sentyabrında məhkəməsi başlasa da, səhhəti ilə bağlı məhkəmə proseslərini keçirmək mümkün olmayıb. Onkoloji xəstəlikdən əziyyət çəkən V.Muradov oktyabrın 30-da ev dustaqlığına buraxılıb, noyabrın 5-də isə 65 yaşında evində vəfat edib.

V.Muradov Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurdu. O, vəzifədə olduğu müddətdə 3.5 milyon manat vəsaiti mənimsəməkdə şübhəli bilinirdi. Məhkəmə V.Muradovun 30 milyon manatlıq əmlakına həbs qoyub.

Xatırladaq ki, Vidadi Muradovun oğlu Cavid Muradov Mingəçevir şəhər Polis Şöbəsi, Səbail Rayon Polis İdarəsinin rəisi işləyib. Hazırda isə Sabunçu Rayon Polis İdarəsinin rəisidir.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər