gundem / iqtisadiyyat / Cəmiyyət
31.01.2024
Azərbaycan bankları köhnə dollarları niyə almır?
Azərbaycanda bəzi bankların köhnə dollarları götürməməsi ilə bağlı məsələyə aydınlıq gətirilib.
"dogruxeber.tv" Qaynarinfo-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, köhnə və təzə dollar istehsal ilinə görə təsnifləşdirilir. 2006-cı ilə qədər və ondan sonra istehsal olunan bütün dollarlar dövriyyə olunur və qəbulunda problem yoxdur:
"Bu məsələni kimsə qaldırıb və əhali köhnə dolları götürməməyə başlayıb. Nəticədə banklarda köhnə dollar yığılır və bank onu xaricə göndərib komissiya ödəyərək təzə dollar gətirir. Burada hər hansı ciddi problem yoxdur”, - deyə sədr qeyd edib.



