Banklar dolların alış qiymətini niyə qaldırıb – “Əcaib” səbəb

dogruxeber.tv: - Son həftələrdə banklar Amerika valyutasının alış qiymətini qaldıraraq, onu Azərbaycan Mərkəzi Bankının (AMB) məzənnəsinə bərabərləşdirib. Bəzi banklarda məzənnə 1,7 manata qalxıb, baxmayaraq ki, əvvəllər maliyyə strukturları dolları 1,69 manatdan yuxarı almırdı. Hüquqşünas və maliyyəçi Əkrəm Həsənovun AYNA-ya şərhinə görə, burada yalnız bir məntiqi izah var - bəzi bankların dolları çatmır: “Yalnız bəzi banklar Mərkəzi Bankın məzənnəsi ilə valyuta almağa başladığı üçün heç də bütün maliyyə qurumlarının dollara ehtiyacı olmasını demək olmaz. Buradan belə nəticə çıxır: Mərkəzi Bank mövcud məzənnə ilə bankların dollara olan tələbatını kifayət qədər ödəmir”.

“Belə olmasaydı, əhalidən dolları 1,7 manata almazdılar. Axı bu, o deməkdir ki, bank müştərilərə xidmət göstərir, bununla bağlı vaxt itirir və nəticədə Mərkəzi Bankın məzənnəsi ilə alış edir, halbuki tənzimləyicidən bir neçə milyon almaqla bunu daha asan etmək olardı”, - deyə həmsöhbətimiz bildirib.

Onun fikrincə, vəziyyət onu deməyə əsas verir ki, AMB bəzi banklara yetərincə dollar satmır və onlar faktiki olaraq kiçik dollar məbləğləri uğrunda rəqabət yoluna qədəm qoyublar: “Yerli bank sisteminin və bütövlükdə iqtisadiyyatın inhisarlaşdırılmasını nəzərə alsaq, bu, təəccüblü deyil. Mərkəzi Bank dolların rəsmi məzənnəsini 1,7 manat müəyyən edir və bu məzənnə ilə banklara valyuta satmağı öhdəsinə götürür. AMB-dən almaq mümkünsə, maliyyə strukturunun əhalidən eyni qiymətə dollar almasına səbəb nədir? Belə çıxır ki, biz vətəndaşlar üçün dollar alışına üstüörtülü məhdudiyyətlər qoymuşuq və üstəlik, bankların dollara olan tələbatı ödənilmir”.

“Məqsəd bəllidir - valyuta ehtiyatlarını nəyin bahasına olursa-olsun saxlamaq. Təbii ki, bunun üçün qeyri-qanuni yollardan istifadə edilir - limitlər, vaxt məhdudiyyətləri (banklar günortadan sonra dollar satmır) və banklarda tələbi müəyyən edilmiş məzənnə ilə dollarla təmin etmək istənilməməsi”, - deyə Həsənov vurğulayıb.

Yeri gəlmişkən, bir müddət əvvəl iqtisadçı ekspert Samir Əliyev sosial şəbəkədə, bankların Mərkəzi Bankın məzənnəsinə uyğunlaşdıraraq Amerika valyutasının alış qiymətini artırdığını bildirmişdi.

Son məlumatlaraa görə, Azərbaycanın 26 bankında hazırda dolların alış-satış məzənnəsi belədir:

“Access Bank” - alış 1.699/satış 1.7025 AZN;

“AFB Bank” - 1,7/1,7025 AZN;

Azərbaycan Beynəlxalq Bankı - 1,697/1,702 AZN;

Azərbaycan Sənaye Bankı - 1,7/1,7025 AZN;

“Azər-Türk Bank” - 1.697/1.702 AZN;

“Bank Avrasiya” - 1.697/1.7025 AZN;

“Bank of Baku” - 1,7/1,7025 AZN;

“BTB Bank” - 1,7/1,7025 AZN;

“Bank Respublika” - 1,695 AZN/1,7025;

“Premium Bank” - 1,7/1,7025 AZN;

“Bank VTB” - 1.697/1.7025 AZN;

“Express Bank” - 1.697/1.7025 AZN;

“Günay Bank” - 1.697 AZN/1.7025;

“Kapital Bank” - 1,697/1,702 AZN;

“Bank Melli İran” (Bakı filialı) - 1,7/1,7025 AZN;

“Muğan Bank” - 1,7/1,7025 AZN;

“Naxçıvan Bank” - 1,7/1,7025 AZN;

“Yelo Bank” - 1,7/1,7025 AZN;

Pakistan Milli Bankı (Bakı filialı) - 1.697 AZN/1.7025;

“Paşa Bank” - 1.697/1.702 AZN;

“Rabitə Bank” - 1,7/1,7025 AZN;

“Turan Bank” - 1,7/1,7025 AZN;

“Unibank” - 1.7/1.7025 AZN;

“Xalq Bank” - 1,7/1,7025 AZN;

“Yapı Kredi Bank Azərbaycan” - 1.6975/1.7025 AZN;

“Ziraat Bank Azərbaycan” - 1.695/1.7025 AZN.

Son xəbərlər

Sabah çimərliklərdə dəniz suyu 25 dərəcəyədək isinəcək

Xəzər rayonunda avtomobilləri talayan şəxs saxlanıldı

Ceyhun Bayramov Polşaya getdi

Qusarda 14 və 17 yaşadək cüdoçular arasında region birincilikləri keçiriləcək

Türkiyə parlamentində ilk - Deputatlar evləndi

Ceyhun Bayramov Polşaya getdi

Bu şirkətlər əlindən cana doyan sakinlər çarəsiz qalıb+Video

ABB-də problem: müştərilərin hesabları silindi

Fransada Ebolaya ilk yoluxma qeydə alındı

Aşura mərasimlərinə uşaqların aparılması doğrudurmu?

İran ABŞ və İsraili beynəlxalq məhkəməyə verəcək

Xətai rayonunda Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib+VİDEO

Bu yolda hərəkət məhdudlaşdırıldı

Ağcabədidə çətənə kolları və 7 kiloqramdan artıq marixuana aşkarlandı

Türkiyəyə 200 kq ağırlığında dron düşdü

Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?

ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasını nəzərdə tutan qətnaməni təsdiqləyib

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

Bütün xəbərlər