Bəzi banklarda dolların alış kursu YÜKSƏLİB - SƏBƏB











2019-cu ilin ilk 11 ayında 5 milyard 707 milyon dollar valyuta satan Dövlət Neft Fondu (ARDNF) ötən ilin analoji dövrü ilə müqayisədə satışı 1,3% azaltsa da, bu aydan etibarən dollara tələbin artması müşahidə olunmaqdadır.



dogruxeber.tv xəbər verir ki, bu barədə Modern.az-a danışan iqtisadçı Vüar Bayramov bildirib ki, bəzi banklarda son aylar ilk dəfə olaraq 1 dolların alış kursu 1.7020-dək yüksəlib:



“Öncədən proqnozlaşdırdığımız kimi, dekabrda dollara tələbin artması gözlənilən idi. Belə ki, dövlət və özəl müəssisələrin və eləcə də bankların xarici borc öhdəlikləri üçün cari maliyyə ilində son ayın olması, idxalın artması, bayramlarla bağlı olaraq xarici səfərlərin çoxalması dollara tələbi artırır. Bir barrel neftin dünya bazar qiyməti 60 dollardan aşağı olmasa da belə, hələ də neft ölkələri üçün məqbul səviyyə hesab olunmur. Eyni zamanda, neft bazarındakı volatillik də neft ölkələrinin valyuta gəlirlərinə birbaşa təsir göstərir”.



Dekabrda dollara tələbin artmasının davam edəcəyinin gözlənildiyini açıqlayan iqtisadçı, növbəti aydan etibarən tələbin yenidən stabilləşəcəyini vurğulayıb:



“Manatın məzənnəsinin necə dəyişməsi isə birbaşa yenə də Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Amma aydındır ki, uzun müddətli dövrdə manatım məzənnəsinin stabilliyi üçün valyuta bazarına neftdən kənar sektordan daxil olan valyutanın həcminin artırılmasına ehtiyac var”.

Oxunub: 1 137

Son xəbərlər

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb

Tehran aeroportu fəaliyyətini bərpa etdi

Gələn həftə güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Pulunu dollarlarla saxlayanlara şad xəbər

"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası

İbrahim Tatlısəsin qızı psixoloji problemlərindən danışdı

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB

Ağamirzə: "Gənclər nəsihətə qulaq asmır"

Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir"

Sumqayıtda baş verən yol qəzası ilə bağlı ziddiyyətli açıqlamalar

"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov Şuşada vətəndaşları qəbul edib

Bolt Azərbaycanda yeni Bolt Plus xidmətini istifadəyə verir

İlham Əliyevin Volodimir Zelenski ilə geniş tərkibdə görüşü keçirilir

Sabah 24 dərəcə isti olacaq

Əraqçi Pakistanda Munirlə görüşdü

"Çox kökəlmişəm, utanıram"

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

“Mersedes”lə qəza törətdi: anası ÖLDÜ

Sosial mənzillərin alınması ilə bağlı kimlər yenidən müraciət edə bilər?

Güler Modriç və Krossu geridə qoydu

Pakistan Prezidenti bu gün Çinə səfər edəcək

Yamal La Liqada ən yaxşı seçildi

Alimlər kainatımız 4 deyil, 7 ölçüdən ibarət ola biləcəyini iddia edir

Deputat oğlunun şirkəti 29 milyonluq tender qazandı

Avropa çempionatı: Azərbaycanın səkkiz güləşçisi döşək üzərinə çıxacaq

XİN-də işləmək istəyənlərin NƏZƏRİNƏ

Bütün xəbərlər