Elman Rüstəmovun "Premium Bank"la şübhəli işbirliyi - Nə baş verib?

"Bu gün Mərkəzi Bankın sədri deyib ki, "Premium Bank”ın gəliri az olan vətəndaşa 2,5 mln manat məbləğində istehlak krediti verməsində problem görmür. Əslində, orada bir yox, bir neçə böyük problem var. Sadəcə məsələ Elman Rüstəmovun (iddia var ki, həmin pulu elə o mənimsəyib) dövrünə təsadüf etdiyi üçün yəqin ki, Taleh Kazımovda bununla bağlı tam məlumat yoxdur (məsələn, deyir ki, həmin kredit 2018-ci ildə verilib, halbuki 2013-cü ildə verilib və s.)".

Bu barədə bank məsələləri üzrə ekspert Əkrəm Həsənov məlumat verib.

"dogruxeber.tv" Ə.Həsənovun yaydığı məlumatları təqdim edir:

2010-cu ildə Nizami Kərimov adlı vətəndaş tikilən binada «Aqana Servis» şirkətindən qeyri-yaşayış sahəsi alıb - hazırda həmin sahə "Metropol” restoranı kimi fəaliyyət göstərir: "Şirkətin sahibi Azad Nağıyev həmin sahəni qanunsuz olaraq qohumunun adına rəsmiləşdirib girov qoyaraq 2013-cü ildə "Premium Bank” vasitəsilə faktiki olaraq Mərkəzi Bankdan 2,5 mln manat məbləğində kredit götürüb. Əslində, iddia edir ki, krediti o yox, tikintidə şəriki olan Elman Rüstəmov (o cümlədən Rəşad adlı xalası oğlu) götürüb, yəni mənimsəyib. Hər bir halda ortada olan odur ki, "Premium Bank” Mərkəzi Bankdan 5,25%-lə 2,5 mln manat kredit götürüb və dərhal da onu 6,25%-lə normal rəsmi gəliri olmayan Nağıyevə verib (Kərimova məxsus restoranı qanunsuz girov qoymaqla). Kreditin təyinatı kimi "maliyyə ehtiyaclarının qarışılanması” göstərilib. Yəni əslində kreditin heç bir təyinatı olmayıb, çünki göstərilən "təyinat” amorfdur. Kredit müddəti ərzində də Nağıyev yalnız faizləri ödəməli imiş, əsas borcu isə sonda. Bir müddət faizlər ödənilib, sonra dayandırılıb və kreditin qaytarılmasını tələb etmək əvəzinə Mərkəzi Bank faiz dərəcəsini 3,7%-ə, "Premium Bank” isə 4,7%-ə endirərək müddəti uzadıblar.

Lakin sonradan restoranın mülkiyyətçisi Kərimov məsələdən hali olub və məhkəməyə müraciət edərək əmlakı qanunsuz mənimsəmiş şəxsin adından çıxartdırıb. Bununla belə, "Premium Bank”ın və Mərkəzi Bankın həmin əmlaka girov (ipoteka) hüququ hələ də ləğv olunmayıb. Onlar deyir ki, guya vicdanlıdırlar və əmlakın Kərimova məxsus olmasını bilmirdilər. Hazırda bununla bağlı Yasamal rayon məhkəməsində proses gedir: "Premium Bank” və Mərkəzi Bank qanunsuz verdikləri kreditin müqabilində Kərimovun əmlakını əlindən almaq istəyirlər. Yeri gəlmişkən, Elman Rüstəmov da Mərkəzi Bankın sədri olduğu son dövrdə şəriki Nağıyevin azadlıqdan məhrum olunmasına nail olub. İndi də hər şeyi Nağıyevin üstünə atırlar. Nağıyev isə məhkəmədə iştirak imkanından belə məhrumdur.

İndi isə qayıdaq bu kreditin niyə qanunsuz olması məsələsinə. Kredit veriləndə Mərkəzi Bankın təsdiqlədiyi "Banklarda kreditlərin verilməsi Qaydaları” qüvvədə idi. Həmin Qaydaların 3-cü bəndinə əsasən "Premium Bank” kreditin məqsədi və ödənişlərin mənbəyini müəyyən etməli, 4.1.8-ci bəndə görə Nağıyev gəlirlərini təsdiqləyən sənəd təqdim etməli, bank da müştərini daim monitorinq etməli idi. Bütün bunlar üzrə sənədlər də bankın tərtib etməli olduğu kredit dosyesində saxlanılmalı idi. Məhkəmə prosesi əsnasında bank qəti olaraq kredit dosyesini təqdim etməkdən imtina edir. Niyə? Çünki qorxur. Qanunsuz, qeyri-sağlam kredit verdiyini bilir. Kreditin məqsədi yoxdur, borcalanın gəliri haqda sənəd yoxdur, monitorinq aparılmayıb və s. və i.a.

Bəlkə kimsə deyəcək ki, nə olsun, gəliri yoxdur, amma o boyda girovu var (başqasına mənsub olaraq qanunsuz girov qoyulsa da). Xeyr, bu arqument yanlışdır! Qaydaların 4.1.7-ci bəndində deyilir: "Təminatın dəyəri bankı kredit əməliyyatı üzrə dəyən zərərdən qorumaq üçün kifayət etməli, eyni zamanda kreditlərin qaytarılması üçün yeganə və əsas mənbə olmamalıdır. Kreditin qaytarılması üçün əsas borcalanın sağlam maliyyə vəziyyəti və fəaliyyəti dövründə əldə etdiyi pul vəsaiti olmalıdır.”

Beləliklə, Mərkəzi Bank və "Premium Bank” qanunsuz, qeyri-sağlam kredit veriblər. Əmlakın da başqa şəxsə mənsub olduğunu biliblər. Buna görə də Mərkəzi Bankın indiki rəhbərliyi belə krediti problem saymaya bilməz. Əks halda, Elman Rüstəmovdan miras qalan bank sistemimizdə "Muğan Bank” kimi fəlakətli müflisləşmələr hələ çox olacaq. Belə banklara qarşı tədbir görülməlidir!"

Bu kredit üzrə iş 13 fevral saat 12.00-da Yasamal rayon məhkəməsində keçiriləcək. Hakim Ayşən Sultanova-Məmmədovanın sədrliyi ilə bu kredit üzrə işə baxılacaq. Məhkəmədə şahid ola bilərsiz ki, "Premium Bank”ın nümayəndəsi kredit üzrə sənədləri gətirməkdən necə qorxur. Normal kredit vermisənsə, nədən qorxur, niyə sənədləri gətirmirsən axı?..

Əslində, Elman Rüstəmovun bu cür biznes şəriklikləri və verdiyi qanunsuz kreditlər çoxdur: "Onlar haqda tədricən yazacam. Dilənçi kimi ondan kredit istəyənə özünü şərik kimi sırıyırdı. Nəticədə çoxsaylı zərərçəkənlər var. Onlara müraciət edirəm. Çəkinməyin! Birləşin! Rüstəmovun iç üzünü açın! Haqqınızı tələb edin! Bununla həm özünüzə, həm cəmiyyətimizə, həm də Mərkəzi Bankın indiki rəhbərliyinə kömək etmiş olacaqsınız!"//Qaynarinfo

Oxunub: 339

Son xəbərlər

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bütün xəbərlər