Elman Rüstəmov həbs olunacaq? - "O, bu pullara görə məsuliyyət daşıyır"

"Mərkəzi Bankın banklara verdiyi kreditlər Elman Rüstəmovun fəaliyyətinin ən şübhəli və müəmmalı sahələrindən biridir. Məlum olduğu kimi, Elman Rüstəmovun rəhbərliyi dövründə bankların əksəriyyəti Mərkəzi Bankdan kredit götürə bilmirdi. Bank olmayan kredit təşkilatlarına isə ümumiyyətlə kredit verilmirdi.

Buna görə də Mərkəzi Bankın uçot dərəcəsi formal bir şeydir. İnhisarçılıq şəraitində bu dərəcə kredit faizlərinə təsir etmir. Məsələn, uçot dərəcəsinin ən aşağı səviyyəsi 2009-2010-cu illərdə olub: 2-3%. Lakin həmin dövrdə bankların kredit faizləri indikindən də yüksək idi. Halbuki, məntiqlə, tərsinə olmalı idi".
"dogruxeber.tv" cebhe.info-ya istinadən xəbər verir ki, bunu bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib.

O bildirib ki, məhz Mərkəzi Bankın bu şübhəli davranışı nəticəsində 2015-ci il devalvasiyası ölkəmiz üçün çox ağrılı oldu:

"Əhaliyə və sahibkarlara verilən kreditlərin əksəriyyəti dollarla olduğu üçün bu baş verdi. Bunun səbəbi isə o idi ki, Mərkəzi Bankdan kredit götürə bilməyən kredit təşkilatlarımız xaricdən dollar kreditləri cəlb edib öz növbəsində də kreditəri dollarla verirdilər.

Bütün bunlarla yanaşı, indi məlum olub ki, Mərkəzi Bankın verdiyi kreditərin də bir qismi qanunsuz olub. Söhbət Mərkəzi Bankın “banklararası kredit” adı ilə verdiyi kreditlərdən gedir.

Məsələ burasındadır ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanuna əsasən, Mərkəzi Bank yalnız iki növ kredit verə bilər:

1) kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi qaydasında (33-cü maddə);

2) sonuncu instansiya kreditləri (49-cu maddə).

Qanunun 1.3-cü maddəsinə əsasən, Mərkəzi Bankın məqsədi, funksiya və səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası ilə və həmin Qanunla müəyyənləşdirilir. Beləliklə, Mərkəzi Bank qanunla səlahiyyətinə aid edilməmiş banklararası kreditlər verə bilməz.

Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məcəllənin 337.1-ci maddəsinə görə MM-də müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Beləliklə, Mərkəzi Bankın sözügedən kredit müqavilələri etibarsızdır (əhəmiyyətsizdir).

Mülki Məcəllənin 460.3-cü maddəsinə əsasən, əsas öhdəliyin etibarsızlığı onu təmin edən öhdəliyin etibarsızlığına səbəb olur. Buna görə də sögügedən “banklararası kredit”lərin təminatı olan girov (ipoteka) və zaminlik müqavilələri də etibarsızdır. Bu isə o deməkdir ki, məhkəmələr qanuna riayət edərək bu müqavilələri etibarsız hesab etsə, Mərkəzi Bank on milyonlarla vəsait itirə bilər. Bu pullara görə məsuliyyəti də ilk növbədə Elman Rüstəmov daşımalıdır".

Oxunub: 471

Son xəbərlər

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

İranın yarım milyardlıq kriptovalyutasını ələ keçirdilər

Hikmət Hacıyev Kolumbiya XİN rəhbərinin müavini ilə görüşdü

"Atletiko" - "Arsenal" oyunu təxirə salına bilər

Əmtəə bazarlarında qızıl cüzi ucuzlaşıb, gümüş isə bahalaşıb

SEPAH: ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb

Trampla Putin telefonla danışdı

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Bütün xəbərlər