MEDİA və Mətbuat Şurası jurnalistlərə çağırış etdi

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının birgə bəyanat yayıb.

"dogruxeber.tv"ın məlumatına görə, bəyanatda deyilir ki, fevralın 13-də Bakı şəhərinin Xətai rayonunda törədilmiş qətl hadisəsi ilə əlaqədar bir sıra media subyektləri tərəfindən foto və videogörüntülər paylaşılıb, qeyd olunan görüntülərin bir qismi yetkinlik yaşına çatmayan zərərçəkmişlərin şəkillərini, digər qismi isə qətlə dair detallı görüntüləri açıq şəkildə əks etdirib.

“Media haqqında” Azərbaycan Respublikası Qanununa görə yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin qanuni nümayəndələrinin razılığı olmadan media subyektləri və jurnalistlər tərəfindən yayılmasına yol verilmir. Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarına əsasən bədbəxt hadisələr və ya cinayət nəticəsində zərər çəkmiş şəxslərin (qanuni nümayəndələrinin) razılığı olmadan onların adları açıqlanmamalı, şəkilləri verilməməlidir. Jurnalist cinayət əməlləri, zorakılıq, qəddarlıq və intihar halları barədə reportajlarda belə əməllərin təşviqi və ya əsassız olaraq sensasiyalı formada təqdim olunmasından çəkinməlidir. Təəssüflə bildiririk ki, bir sıra media subyektləri tərəfindən baş vermiş hadisə ilə bağlı məlumatların ictimaiyyətə çatdırılmasında qeyri-həssas və qeyri-peşəkar yanaşma nümayiş etdirilmiş, həm qanunvericiliyin, həm də peşə etikası qaydalarının tələbləri ciddi şəkildə pozulmuş, istər zərərçəkmiş şəxslərə, istərsə də onların yaxınlarına münasibətdə jurnalistika prinsiplərinə zidd təqdimetmə forması seçilmiş, bununla da cəmiyyəti maarifləndirmə funksiyasını yerinə yetirməli olan media ümumi qəbul edilmiş dəyərlər sistemi ilə bir araya sığmayan mövqe sərgiləmişdir. Medianın İnkişafı Agentliyi və Mətbuat Şurası bütün media subyektlərini və jurnalistləri jurnalistika prinsiplərinə, qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl etməyə, fəaliyyətlərində cəmiyyətdə humanist dəyərlərin möhkəmləndirilməsi ideyasını əsas götürməyə çağırırlar. Qanunazidd fəaliyyətin qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət tədbirlərinin, o cümlədən fəaliyyətin dayandırılması da daxil olmaqla sanksiyaların tətbiqinə əsas yaratdığı media subyektlərinin diqqətə bir daha çatdırılır”, - bəyanatda qeyd olunub.

Oxunub: 304

Son xəbərlər

Hikmət Mirzəyev türkiyəli həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib

Aİ-nin uzunmüddətli büdcəsinin 2 trilyon avroya qədər artırılması təklif edilib

Mirzoyan Parisdə Azərbaycanla sülh prosesi və regional layihələr barədə danışıb

UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair tədbir təşkil olunub

BƏƏ OPEC-dən və OPEC+ sazişindən çıxır

Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

Braziliyada "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib

İran hökumətinin etiraz qorxusu: Təcili toplantı keçirildi

İlham Əliyev onları təltif etdi

İsveçrənin bu addımı Ciorca Melonini qəzəbləndirdi

Aprel çağırışının gedişatı müzakirə olundu

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Sabah hava yağıntılı olacaq

ABŞ ağır zərbə PUA-larından imtina edir

Keşlədə sökülmüş yaşayış evinin sakinlərinə maddi yardım ödəniləcək

"İdrak" liseyində güllələnən müəllim işdən çıxdı

Dəniz səviyyəsi artır, torpaq çökür - Çinin sahil şəhərləri üçün yeni təhlükə

Bakının 4 rayonunda istinad divarları TİKİLƏCƏK-SƏRƏNCAM

Azərbaycan millisi dünya reytinqində birinci oldu

Donald Trumpa qarşı sui-qəsd cəhdinin detalları ortaya çıxdı

Medina "Qarabağ"da 200-ə çatdı

Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: Səbəb açıqlanmadı

Azərbaycanda “Kərimə dövlət” qurmaq istəyənlərdən biri öldürüldü

Zelenski Qəbələdən sonra İrəvana gedəcək

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu

Bu maşın markasının satışı ARTIR- YENİ REKORD

Bakı-Praqa iqtisadi əlaqələrində yeni mərhələ: Azərbaycan Çexiya bazarında nə satır?

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən də baxılacaq

Bütün xəbərlər