Bu peykdə okean aşkarlandı

Alimlər Saturnun peyki Mimasın buz qabığının altında yeni formalaşmış okeanın olması qənaətinə gəliblər.

"dogruxeber.tv" bildirir ki, bu barədə “Qafqazinfo”ya N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Qeyd edilib ki, 2004-2017-ci illərdə Saturn və onun peyklərini tədqiq edən NASA-nın Kassini kosmik gəmisinin materiallarının təhlili ilə məşğul olan Paris Rəsədxanasının alimləri Mimasın orbitində yırğalanmaların gözləniləndən iki dəfə güclü olduğunu aşkar ediblər.

Tədqiqat qrupu peykin buz qabığının altında okean olması və ya nüvəsinin reqbi topu şəklində uzunsov olması ehtimallarını irəli sürüblər.

Son araşdırmalar göstərib ki, peykin fırlanması zamanla dəyişib. Kassinidən alınan materialları Mimasın daxili quruluşunun və orbitinin modelləri ilə birləşdirən qrup bu nəticəyə gəlib ki, həqiqətən də Mimasın səthinin 20-30 km dərinliyində okean var və bu onun həcminin yarıdan çoxunu təşkil edir.

Okeanın yaşı 25 milyon ildən çox deyil. Ola bilsin ki, cəmi 2 milyon il əvvəl formalaşıb. Çünki peykin qabığında okeanın varlığının izləri hələki görünmür. Günəş sisteminin digər peykləri Enselad və Avropada olduğu kimi su səthə çıxaraq kraterləri doldurmayıb.

Okeanın varlığı Mimasın buzları suya çevirən güclü istilik mənbəyinə dəlalət edir. Hesab olunur ki, okeanın nüvəyə yaxın aşağı təbəqələri isti olsa da, üst təbəqələri donma temperaturuna yaxındır. Müəlliflər bildirirlər ki, hazırda peykin hərəkətində yırğalanmalar müşahidə olunmur və bu okeanın donmasına səbəb ola bilər: “Əgər okean donarsa, o zaman biz onu səthində qabığı yararaq üzə çıxmış hissələri görəcəyik”.

Qeyd edək ki, tədqiqat işinin nəticələri “Nature” jurnalında çap olunub.

Son xəbərlər

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər