Dəniz üzgüçülüyünün təhlükəsizliyi ilə bağlı qanunvericilik aktlarına dəyişikliklər olunub

Dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə, “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər olunub. 

"dogruxeber.tv" xəbər verir ki, təqdim edilmiş dəyişikliklərə əsasən bir sıra kolliziya yarada biləcək hallar müəyyən edilərək aradan qaldırılıb. Belə ki, dəniz üzgüçülüyünün təhlükəsizlik fəaliyyəti ilə bağlı gəminin limana giriş-çıxışının rəsmiləşdirilməsi, dəniz üzgüçülüyü üçün təhlükəli olan dəniz rayonlarında, limanda və liman akvatoriyasında, dəniz əməliyyatları bazasında, həmçinin məntəqələr arasında gəminin bələdçi vasitəsilə keçirilməsi üzrə xidmətlərin həyata keçirilməsi, bələdçinin fəaliyyətinin təşkili öz əksini tapır. 

Eyni zamanda, gəmilərə məlumatların çatdırılması, radar müşahidəsinin, naviqasiya təminatının və gəmilərin uzaq məsafədən tanınmasının həyata keçirilməsi, gəmilərin lövbər ərazilərində yerləşdirilməsi, gəmilərin lövbərdə dayandığı dövrdə dəniz üzgüçülüyünün təhlükəsizliyi baxımından daimi müşahidədə saxlanılması ilə bağlı tariflər də müəyyən olunub.

Qanun layihələrində dəniz nəqliyyatı sahəsində beynəlxalq konvensiyaların tələblərinə, dəniz üzgüçülüyünün təhlükəsizliyi, dənizdə insan həyatının və sağlamlığının qorunması, dəniz ətraf mühitinin mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada təsbit edilmiş qurum olan Dövlət Dəniz və Liman Agentliyinin göstərişlərinin icra edilməməsi, bu sahədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyənləşdirdiyi tələblərə zidd olaraq gəmilərin istismar və idarə edilməsinə görə inzibati məsuliyyət tətbiq olunmuşdur. 

Yuxarıda qeyd edilənlərə uyğun olaraq bu sahədə əlavə islahat tədbirlərinin görülməsi nəzərdə tutulur. 

Oxunub: 369

Son xəbərlər

Hikmət Mirzəyev türkiyəli həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib

Hikmət Mirzəyev türkiyəli həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib

Aİ-nin uzunmüddətli büdcəsinin 2 trilyon avroya qədər artırılması təklif edilib

Mirzoyan Parisdə Azərbaycanla sülh prosesi və regional layihələr barədə danışıb

UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair tədbir təşkil olunub

BƏƏ OPEC-dən və OPEC+ sazişindən çıxır

Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

Braziliyada "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib

İran hökumətinin etiraz qorxusu: Təcili toplantı keçirildi

İlham Əliyev onları təltif etdi

İsveçrənin bu addımı Ciorca Melonini qəzəbləndirdi

Aprel çağırışının gedişatı müzakirə olundu

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Sabah hava yağıntılı olacaq

ABŞ ağır zərbə PUA-larından imtina edir

Keşlədə sökülmüş yaşayış evinin sakinlərinə maddi yardım ödəniləcək

"İdrak" liseyində güllələnən müəllim işdən çıxdı

Dəniz səviyyəsi artır, torpaq çökür - Çinin sahil şəhərləri üçün yeni təhlükə

Bakının 4 rayonunda istinad divarları TİKİLƏCƏK-SƏRƏNCAM

Azərbaycan millisi dünya reytinqində birinci oldu

Donald Trumpa qarşı sui-qəsd cəhdinin detalları ortaya çıxdı

Medina "Qarabağ"da 200-ə çatdı

Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: Səbəb açıqlanmadı

Azərbaycanda “Kərimə dövlət” qurmaq istəyənlərdən biri öldürüldü

Zelenski Qəbələdən sonra İrəvana gedəcək

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu

Bu maşın markasının satışı ARTIR- YENİ REKORD

Bakı-Praqa iqtisadi əlaqələrində yeni mərhələ: Azərbaycan Çexiya bazarında nə satır?

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Bütün xəbərlər