Bakıda yeni metro bu ərazidə olacaq - Tarix bəlli oldu

Bakı metropoliteninin "bənövşəyi” xəttinin hazırda inşası davam edən stansiyasında növbəti mərhələ üzrə işlərə başlanılıb. Bu barədə ötən il "Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Bildirilib ki, şərti olaraq "B-04” adlandırılan stansiya Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxanası arasında – Cəlil Məmmədquluzadə küçəsində yerləşəcək.

Avtomobil yolunun hər iki tərəfi nəzərə alınmaqla dörd istiqamətdə olacaq stansiya girişlərinin tikintisi inşaatın norma və qaydalarına uyğun – sonuncu mərhələdə yerinə yetiriləcək.
Bəs hazırda tikintisi gedən stansiyada işlər hansı yerdədir və bu stansiyanın açılışı nə zamana planlaşdırılır?

Məsələ ilə bağlı danışan "Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Referans.az-a açıqlamasında bildirib ki, şərti olaraq "B-04” adlandırılan stansiyanın tikintisi sürətlə davam edir:

"Qazıntı işləri tam başa çatıb, keçidlərin inşası davam edir. Qazıntıdan geriyə qalan keçidlərin inşasıdır, bu da tikintinin norma və qaydalarına uyğun olaraq sonuncu mərhələdə olur. Stansiya 4 səviyyədən ibartədir, hər mərtəbədə son tamamlama işlərinə başlanılıb. Yəni bundan sonrakı dövrdə divar, döşəmə örtüyünün təmizlənməsi və üzlüyün vurulmasına hazır vəziyyətə gətirilməsi işləri gedir. Növbəti mərhələdə üzləmə işləri aparılacaq. Eyni zamanda artıq infrastrukturun qurulması ilə bağlı bir sıra addımlar da atılıb, çünki platformalar da qurşadırılıb. Stansiyanı "8 Noyabr”la bağlayan yollar da artıq çəkilib”.

Metropoliten rəsmisi qeyd edib ki, hazırda gedən proseslərlə bağlı heç bir problem yaşanmazsa, şərti adı "B-04” olan stansiyanın tikintisi 2025-ci ildə başa çatacaq.

Onun sözlərinə görə, eskalatorların və liftin quraşdırılması, elektrik təchizatı, hərəkətin təşkili sistemləri, havalandırma və digər bu kimi məsələlərin həlli istqamətində addımlar atılır: "Stansiyada bir səviyyədən digərinə keçmək pilləkənlər və 19 eskalatorla mümkün olacaq. Müvafiq kateqoriyadan olan sərnişinlərin ehtiyacları da nəzərə alınıb. Onların xidmətinə 3 lift veriləcək. Ümumən stansiyanın inşaat işləri müvafiq plana uyğun aparılır”.

Xatırladaq ki, "B-04”, Bakı metropoliteninin 28-ci, xəttin isə 5-ci stansiyası olacaq”.

Son xəbərlər

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Bütün xəbərlər