Mövlam Şıxəliyevə həbsxanada komfort şərait yaradılıb? - Penitensiar Xidmətdən açıqlama

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyevə həbsxanada komfort şərait yaradılıb.

"dogruxeber.tv" Qaynarinfo-ya istinadən xəbər verir ki, bu iddia Mövlam Şıxəliyevin cinayət işi üzrə zərərçəkmiş qismində tanınan şəxslərə məxsusdur.

Konkret olaraq zərərçəkmişlərdən Hüseyn Səfərov ədliyyə naziri Fərid Əhmədova ünvanladığı müraciətdə Mövlam Şıxəliyevə cəza çəkdiyi 9 saylı müəssisədə görünməmiş dərəcədə sərbəstlik verilib. "Orada müəssisə rəhbərliyi tərəfindən Mövlam Şıxəliyevlə onun dəstə üzvlərinə xüsusi komfortlu şərait yaradılıb. Mövlam Şıxəliyev və başının dəstəsi 9 saylı Çəzaçəkmə Müəssisəsində ayrıca kotecdə yaşayır, istədikəri vaxt istədikləri şəxslərlə əlaqə yaradır, telefonla limitsiz danışır, istədikləri şəxslərlə qeyri-rəsmi görüşür, bir sözlə, rahat həyatlarını yaşayırlar. Cəzaçəkmə Müəssisəsini öz rahat həyatlarına uyğunlaşdırıblar", deyə Hüseyn Səfərov nazirə müraciətində qeyd edib.

Qaynarinfo məsələ ilə əlaqədar Penitensiar Xidmətlə əlaqə saxlayıb. Qurumdan bildirlib ki, bu iddianın heç bir əsası yoxdur:

"İstinad etdiyiniz müraciətdə qeyd olunanların heç bir əsası yoxdur. Cəzaçəkmə müəssisəsində bütün məhkumlar üçün rejimə uyğun bərabər saxlanma şəraiti təmin olunur".

Mövlam Şıxəliyev Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə mühakimə edilib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə ona 12 il azadlıqdan məhrumetmə cəzası verilib.

Oxunub: 286

Son xəbərlər

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

İranın yarım milyardlıq kriptovalyutasını ələ keçirdilər

Hikmət Hacıyev Kolumbiya XİN rəhbərinin müavini ilə görüşdü

"Atletiko" - "Arsenal" oyunu təxirə salına bilər

Əmtəə bazarlarında qızıl cüzi ucuzlaşıb, gümüş isə bahalaşıb

SEPAH: ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb

Trampla Putin telefonla danışdı

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Bütün xəbərlər