MTN-nin keçmiş generalı və polkovniki 50 000 ziyan ödəyəcək - İş adamı məhkəmədə qalib gəldi

"MTN işi"ndə zərərçəkmiş qismində tanınan iş adamı Orxan Abdullayevin Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyevə və onun keçmiş müavini, eyni zamanda 1-ci şöbənin sabiq rəisi Yasin Məmmədova qarşı mülki iddiası təmin edilib.

"dogruxeber.tv" Qaynarinfo-ya istinadən xəbər verir ki, Orxan Abdullayev Səbail Rayon Məhkəməsində qaldırdığı iddiasında Mövlam Şıxəliyev və Yasin Məmmədovun qurama ittihamları ilə saxlanıldığını və barəsində həbs-qətimkan tədbiri seçildiyini bildirib. İş adamı əlavə edib ki, bundan sonra adıçəkilən şəxslər onun atasından 50 000 manat alaraq barəsindəki həbs qətimkan tədbirini başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edib.

"MTN işi" çərçivəsində Mövlam Şıxəliyev və Yasin Məmmədov həbs edildikdən sonra Orxan Abdullayev zərərçəkmiş qismində tanınıb. İş adamı iddiasında Mövlam Şıxəliyev və Yasin Məmmədovun atasından aldığı 50 000 manatın adıçəkilən şəxslərdən onun xeyrinə tutulması barədə barədə qətnamə qəbul edilməsini istəyib.
Ətraflı

Hakim İlkin Rüstəmlinin sədrliyi ilə keçirilən iclasda iş üzrə materiallar araşdırıldıqdan sonra Orxan Abdullayevin iddiası təmin edilib. Qətnaməyə əsasən, Mövlam Şıxəliyev və Yasin Məmmədov iş adamına dəymiş ziyan olaraq 50 000 manat və 240 manat dövlət rüsumunun əvəzini ödəməlidir.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şıxəliyev 12 il, Yasin Məmmədov isə 10 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Oxunub: 266

Son xəbərlər

İmtahanlardan narazı olanların NƏZƏRİNƏ

"Savalan" yenidən səhnədə: Novruz Novruzlunun anım gecəsi keçiriləcək

Zelenski Putinin mayın 9-da atəşkəs təklifinə cavab verib

Cinayətdə şübhəli bilinən 66 nəfər saxlanıldı

Oğuzda narkokuryerlər saxlanılıb

DİM imtahanla bağlı MƏLUMAT YAYDI

“AzerGold” QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb

Avarçəkənlərimiz “Prezident Kuboku 2026” beynəlxalq reqatasına medalla başlayıb

Bu rayonda əməliyyat keçirildi - Saxlanılan var

Ukrayna ordusu Kerç körpüsünü qoruyan Rusiya gəmilərinə zərbə endirib

Azərbaycan Mərkəzi Bankı "Kredaqro" BOKT-un vəzifəli şəxsini cərimələyib

Təhsildə rəqəmsallaşma iflasa uğrayıb – Dosent İlham Əhmədov

Azərbaycanda HADİSƏ- Körpü UÇDU

Azərbaycana sürətli pul köçürmələri 120 mln. manatı ötüb

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

İranın yarım milyardlıq kriptovalyutasını ələ keçirdilər

Hikmət Hacıyev Kolumbiya XİN rəhbərinin müavini ilə görüşdü

"Atletiko" - "Arsenal" oyunu təxirə salına bilər

Əmtəə bazarlarında qızıl cüzi ucuzlaşıb, gümüş isə bahalaşıb

SEPAH: ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb

Trampla Putin telefonla danışdı

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Bütün xəbərlər