Bayram öncəsi bu məhsulların qiymətləri bahalaşacaq

dogruxeber.tv: - Adətən, bayram ərəfəsində əksər məhsulların qiymətlərində artım müşahidə olunur. Bu hal, xüsusilə, Yeni il və Novruz bayramları öncəsi müşahidə olunur. "Bahalaşma ənənəsi” bu il də özünü göstərməkdədir.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, qiymət artımının əsas səbəbi inhisarçılıqdır:

"Bazar iqtisadiyyatının əsas və aparıcı elementlərindən biri rəqabətdir. Rəqabətin yaranmasını kompensasiya edən qiymətlərin sərbəstləşdirilməsidir. Bazar iqtisadiyyatında qiymətə heç bir nəzarət tətbiq olunmur. Azərbaycanda isə bu təəssüf ki yoxdur. Ona görə də demək olar ki, hər il bayramlardan öncə və bayram ərzində demək olar ki, bütün məhsullarda qiymət artımı özünü göstərir. Məsələn, adi vaxt qozun bir kiloqramı 5-6 manat olduğu halda, bayram ərəfəsi gələn kimi qiymətlər 15-20 manata qalxır.

İnhisarçı iqtisadiyyatda sahibkarlar həmişə dövriyyəni gözləyir. Dövriyyə artırsa, qiymətlər də qaldırılır. Qonşu ölkələrdə, o cümlədən Türkiyə və Gürcüstanda tamam əks tendensiya müşahidə olunur. Onlarda bayram ərzində əksinə, qiymətlərin ucuzlaşması özünü göstərir. Çünki bazarda məhsullar artır və rəqabət mühiti olduğu üçün sahibkarlar müştəri cəlb etmək məqsədi ilə qiymətləri aşağı salırlar”.

Ekspert bildirib ki, builki Novruzda bir çox məhsulun qiyməti bahalaşacaq.

"Hətta bir çox məhsul artıq bahalaşıb. Adi vaxtlarda 5 manata satılan qoz hazırda 10 manat, fındıq isə 6-7 manata satılırdısa, indi 10-12 manatdır. Yəni Novruz bayramında daha çox istifadə olunan məhsulların qiyməti nisbətən daha tez artıb. Ətin, meyvə və tərəvəzlərin qiymətində də yaxın günlərdə ciddi artımın şahidi olacağıq”.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər