Astarada torpaq sürüşməsi: 15-ə yaxın ev üçün təhlükə yarandı

Astaranın dağ kəndində torpaq sürüşməsi 15 - ə yaxın ev üçün təhlükə yaradıb. Artıq bir neçə ailə öz evlərini tərk edib, qohumlarının evinə sığınıblar.

"dogruxeber.tv"ın APA-ya istinadən verdiyi xəbərə görə, rayonun Sipiyəpart kəndinin Hörün məhəlləsində payız və qış mövsümündə düşən intensiv yağıntılardan sonra ərazidə torpaq qatının sürüşməsi baş verib. Məhəllənin 10 - a yaxın fərqli nöqtədəki sürüşmə 15 - ə yaxın fərdi yaşayış evləri üçün təhlükə yaradıb. Sakinlərin qorxduğu odur ki, bu ərazidə 2 – 3 bal gücündə yeraltı təkanlar olsa evlər tamamilə dağıla bilər. Onların sözlərinə görə vəziyyət o həddə çatıb ki, kənddə yaşamağa heç bir şərait yoxdur.

"Yağış yağanda uşaqları götürüb qohumlar evində qalmağa məcburuq. Çünki, təhlükəli vəziyyətdədir. Hazırda kənddə yaşamaq səbəbi budur ki, bura bizim dədə - babamızın yurdudur”.

Astarada torpaq sürüşməsi: 15-ə yaxın ev üçün təhlükə yarandı

Torpaq sürüşməsi sitrus bağlarına da ziyan vurub. Artıq kənddə bu sahə ilə də məşğul olan az ailə qalıb.

"Əkin əkə bilmirik. Ağac əkirik ağac gedir. Ev düzəltmişik ev də uçurumdadır. 5 – 6 il qabaq 500 - ə yaxın mandarin ağacları məhv oldu. İndi də 150 ağac əkilib, onları da torpaq qatı aparır”.

Kənddə yaranan mövcud durumla bağlı yerli ərazi icra nümayəndəliyindən bildirildi ki, Fövqalada Hallar Nazirliyi (FHN) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilib. Adıçəkilən qurumlar əraziyə baxış keçirdikdən sonra buradakı yaşayış evlərinin aqibəti ilə bağlı da qərar veriləcək.

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər