gundem / hadise / dunya
7.02.2024
Gürcüstanda torpaq sürüşməsi - Ölənlər var
Gürcüstanın qərbindəki İmereti bölgəsində yaşayış binalarının uçması nəticəsində azı 3 nəfər ölüb.
"dogruxeber.tv" xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İmereti bölgəsində güclü yağışlar nəticəsində 4 yaşayış binasını əhatə edən sürüşmə baş verib. Bildirilir ki, axtarış-xilasetmə tədbirləri çərçivəsində xilasedicilər 1 nəfəri xilas edərək təhlükəsiz əraziyə çıxarıb, 3 nəfərin isə cəsədi tapılıb.



