Dəniz Əsədova xüsusi ittiham qaydasında məhkəməyə verildi - Həbs oluna bilər

Bir müddət əvvəl külli miqdarda dələduzluğa məruz qalması ilə gündəmə gələn müğənni Dəniz Əsədovadan xüsusi ittiham qaydasında məhkəməyə şikayət edilib.

"dogruxeber.tv" xəbər verir ki, şikayətçi Dəniz Əsədovanın Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə təqsirli bilinərək cəzalandırılmasını xahiş edir.

Bu maddədə 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Şikayətçinin kimliyi barədə açıq mənbələrdə məlumat yoxdur. İddialara görə, müğənnidən şikayətçi olan Bakı şəhər Nərimanov rayonu 8 saylı Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) sədri vəzifəsində işləmiş Şahin Verdiyevdir.

Dəniz Əsədova külli miqdarda dələduzluğa məruz qalması ilə bağlı açıqlamarında onun da adını hallandırmışdı. Müğənni bildirmişdi ki, Şahin Verdiyev ondan yarım milyon manat məbləğində borc alsa da, qaytarmayıb.

"2017-2018-ci illərdə Şahin Verdiyev ailə problemləri ilə bağlı məndən borc pul aldı. Ailəvi münasibətimiz olduğuna görə və həmin vaxt TSEK-in rəhbəri kimi yaxşı qazancının olmasına görə ona inanıb pulu verdik. Həmin vəsaitlə qızına, oğluna bahalı evlər aldı, hər bir şərait yaratdı. Lakin pulu qaytarmaq vaxtı çatanda Şahin Verdiyev müxtəlif bəhanələrlə boyun qaçırdı.Məsələ ilə bağlı Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edəndən sonra Şahin Verdiyev vəsaitin 150 min manatını mənə geri qaytardı. Lakin yerdə qalan 562 min manatı qaytarmaqdan imtina edir. Şahin Verdiyev həmin vaxt saxta tibbi arayışlar və digər sənədlər verib böyük məbləğdə pul alırdı".

Şahin Verdiyev isə mediaya açıqlamasında Dəniz Əsədovanın dediklərini şər-böhtan adlandırıb.

Məsələ ilə bağlı müğənninin özü ilə əlaqə saxlamaq mümkün olmayıb.

Oxunub: 642

Son xəbərlər

Hikmət Mirzəyev türkiyəli həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib

Aİ-nin uzunmüddətli büdcəsinin 2 trilyon avroya qədər artırılması təklif edilib

Mirzoyan Parisdə Azərbaycanla sülh prosesi və regional layihələr barədə danışıb

UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair tədbir təşkil olunub

BƏƏ OPEC-dən və OPEC+ sazişindən çıxır

Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

Braziliyada "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib

İran hökumətinin etiraz qorxusu: Təcili toplantı keçirildi

İlham Əliyev onları təltif etdi

İsveçrənin bu addımı Ciorca Melonini qəzəbləndirdi

Aprel çağırışının gedişatı müzakirə olundu

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Sabah hava yağıntılı olacaq

ABŞ ağır zərbə PUA-larından imtina edir

Keşlədə sökülmüş yaşayış evinin sakinlərinə maddi yardım ödəniləcək

"İdrak" liseyində güllələnən müəllim işdən çıxdı

Dəniz səviyyəsi artır, torpaq çökür - Çinin sahil şəhərləri üçün yeni təhlükə

Bakının 4 rayonunda istinad divarları TİKİLƏCƏK-SƏRƏNCAM

Azərbaycan millisi dünya reytinqində birinci oldu

Donald Trumpa qarşı sui-qəsd cəhdinin detalları ortaya çıxdı

Medina "Qarabağ"da 200-ə çatdı

Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: Səbəb açıqlanmadı

Azərbaycanda “Kərimə dövlət” qurmaq istəyənlərdən biri öldürüldü

Zelenski Qəbələdən sonra İrəvana gedəcək

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu

Bu maşın markasının satışı ARTIR- YENİ REKORD

Bakı-Praqa iqtisadi əlaqələrində yeni mərhələ: Azərbaycan Çexiya bazarında nə satır?

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən də baxılacaq

Bütün xəbərlər