AzTV Arayikin müsahibəsini niyə vermədi? - Rəsmi açıqlama

dogruxeber.tv: - Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik Harutyunyandan aldığı müsahibəni yayımlamalı idi. Lakin AzTV bir müddət əvvəl vəd etdiyi müsahibəni ötən axşam efirə vermədi. Sosial şəbəkələrdə bəzi şəxslər telekanalı tamaşaçıları aldatmaqda qınayıb.

Modern.az bununla bağlı sayt AzTV ilə əlaqə saxlayıb. Telekanalın mətbuat katibi Rüfət Seyidov açıqlamasında bildirib ki, əvvəlcə sözügedən müsahibənin martın 28-də yayımlanacağı anons edilsə də, sonradan həmin məlumat AzTV-nin sosial şəbəkə hesablarından silinib:

"Müsahibənin efirə getməsi tək bizdən asılı məsələ deyil. "Müsahibənin indi verilməsi nə qədər doğrudur"sualı ilə üzləşmişdik. Dünən biz müsahibənin axşam yayımlanacağı ilə bağlı anons da vermədik. Doğrudur, martın əvvəlində anons yaymışdıq. Daha sonra gördük ki, müsahibənin verilməsilə bağlı bəzi dəqiqləşmələrə ehtiyac var. Ona görə də həmin anonsları bütün sosial şəbəkə hesablarımızdan sildik ki, tamaşaçılarda çaşqınlıq yaranmasın. Dünən saytlarda və sosial şəbəkələrdə yayılan informasiyalar isə həmin martın əvvəlində gedən və silinmiş anonsa istinad idi. Sanki vətəndaşlarda asossiasiya yaranmışdı ki, martın 28-də müsahibə mütləq efirə gedəcək".

Bununla belə, Rüfət Seyidov müsahibənin efirə veriləcəyini də söyləyib:

"Müsahibə mütləq gedəcək. Lakin vaxt məlum deyil. Zaman bəlli olan kimi müsahibənin efirə gedəcəyi gün barədə məlumat verəcəyik".

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər