gundem
15.02.2019, 15:28
AzTV-də daha bir kadr dəyişikliyi

Azərbaycan Dövlət Televiziyasında (AzTV) daha bir kadr dəyişikliyi olub.
Televiziyadan verilən məlumata görə, AzTV-nin “İqtisadiyyat” xəbərləri jurnalist, Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyevin təqdimatında yayımlanacaq.
N.Əliyev Unikal.org-a açıqlamasında bildirib ki, bundan sonra gündüz Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri, axşam isə AzTV-nin “İqtisadiyyat” xəbərlərinin aparıcısı kimi fəaliyyət göstərəcək.


