Piyada zolağında qəza işığını yandırmaq vacibdir?

Azərbaycanda sürücülərin piyada keçidinə yaxınlaşarkən qəza işıqlarından istifadə etməsi bir çox hallarda qeyri-müəyyənliyə səbəb olur.

"dogruxeber.tv" xəbər verir ki, sürücülər istənilən halda eynisəviyyəli piyada keçidinə yaxınlaşarkən sürəti azaltmalı olduğu halda, yalnız piyadanın hərəkətdə olduğunu gördükdə ona yol verirlər. Bu zaman isə bir çox sürücülər arxadan gələn avtomobilin xəbərdar olması üçün qəza işıqlarını yandırır. Halbuki digər ölkələrdə piyada keçidində gözləyən avtomobilin qəza işıqlarından istifadə etməsi kimi hallara demək olar ki, rast gəlinmir.

Bu hal həmçinin yolun hərəkət hissəsində əsassız yerə qəza işığının yandırılmasına görə cərimənin tətbiq edilib-edilməməsi sualını yaradır.

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov bildirib ki, sürücülərin piyada keçidində gözləyərkən qəza işığını yandırması heç bir inzibati məsuliyyət yaratmır: "Buna görə sürücüyə cərimə yazıla bilməz. Qəza dayanma işıqlarından (dönmə işıqlarından) bu məqsədlə istifadə nəzərdə tutulmasa da, bunu edənlərə cərimə yazmaq olmaz. Əksinə, bu, bəzən əlavə diqqət çəkən bir üsuldur, normal qarşılanmalıdır, çünki buna ehtiyac olmasa da, problem də deyil.

Unutmaq olmaz ki, qaydalardan kənara çıxan hər xırda və əhəmiyyətsiz hərəkətə görə cərimə yazılmır və yazıla bilməz. Cərimə yalnız İnzibati Xətalar Məcəlləsində göstərilən, özü də təhlükəli olması, yaxud başqalarına mane yaratması aşkar olan qayda pozuntularına görə nəzərdə tutulur və yalnız belə hallarda yazıla bilər”.

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər