"Bravo"dan yemək aldı, içindən dırnaq çıxdı - ŞOK görüntülər !

"Xaçapuri" qida məhsulunun içindən plastik dırnaq çıxdı!

Nə qədər qorxunc, nə qədər iyrənc bir hadisə...

"dogruxeber.tv" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Görüntülərdə vətəndaş qeyd edir ki, "Bravo" marketdən xaçapuri alıblar, xəmirin içindən dırnaq qırıntıları çıxıb. Hətta, qırıntılardan birini bilmədən udduğunu da vurğulayıb.

Videonu izləmək üçün bu yazıya toxun !

Ölkədə əvvəllər fəaliyyət göstərən kiçik sahibkarın fəaliyyəti, aidiyyatı olan-olmayan qurumların əməkdaşları tərəfindən o, qədər sıxışdırılırdı ki, çalışan hər kəs "dörd göz" olurdu. Bir yandan qurumların yersiz "yoxlamalar"ı, bir yandan da günü-gündən artan şəbəkə marketlərin çörək, şirniyyat, hətta kabab, ləvəngi və sair bişirməkləri bu sahədə fəaliyyət göstərən iaşə obyektlərinin böyük əksəriyyətini aradan çıxardı.

Elə ki, ölkə başçısının müvafiq sərəncamına əsasən, sahibkarlığın inkişafına dəstək məqsədilə yoxlamalar dayandırıldı, əksəriyyətinin "kökü oliqarx məmurlara söykənən" böyük şəbəkə marketlər, şəbəkə restoranların fəaliyyəti böyüməyə başladı.

Amma, insanların sağlamlığı üçün ən vacib olan qida məhsullarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə bu sahəyə nəzarət etməli olan xüsusi qurum - Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yaradıldı. Maraqlıdır ki, bu qurumun cəmiyyətə verdiyi hesabatların böyük əksəriyyətini kiçik dönərxanalarda aparılan yoxlamalar təşkil edir. Baxmayaraq ki, sahibi böyük türk iş adamı olan "Böyükfırat" və bu kimi bir çox restoranlar şəbəkələrində də müştərilərə qadağa olunduğu deyilən toyuq dönəri təklif edilir.

Bundan əlavə, bir müddət əvvəl böyük şəbəkə marketlərdən biri olan "Oba" marketlər şəbəkəsinin AQTA -da qeydiyyatının ləğv edildiyi barəsində məlumat mətbuatda yer aldı.

Bəs, qeydiyyatın ləğvindən sonra - yəni bu gün də fəaliyyətdə olan bu marketlər şəbəkəsində satılan qidalara nəzarəti kim həyata keçirir?

Yaxud, sualı belə qoyaq, AQTA necə nəzarət edir ki, bu gün bir-birinə qarışmış pendir, toyuq, ət, şoraba, balıq, xarab meyvələr və sair qoxusundan "Vasmoy bazarı" kimi böyük bazarlara yaxın düşmək olmur?

Bu nəzarət necə aparılır ki, "Bravo" kimi böyük marketlərdə satılan qida məhsulunun içindən plastik dırnaqlar çıxır?

Qida məhsullarının istehsal edildiyi müəssisədə çalışanlarda plastik dırnaqlar niyə var ki, o, dırnaqlar da istehsal olunan qidanın içinə düşüb, insanların sağlamlığı üçün təhlükəyə çevrilir?

Qida istehsalı müəssisələrində çalışan şəxslərin təmizliyinə nəzarət etməyən qurumun, onların sağlamlığına necə "nəzarət" etdiyini də təxmin etmək artıq mümkündür.
Allah qorusun, çalışanlar arasında hər hansı bir yoluxucu xəstəliyi olan insanlar olarsa, bu həmin müəssisədə onunla birlikdə çalışan, eləcə də onun bu cür dırnaqlı, əlcəksiz (bu dırnaqdan bəlli olur) əllərinin hazırladığı qidalardan yeyən yüzlərlə insanların sağlamlığı və həyatı üçün təhlükə deyilmi?

P.S: Qeyd edək ki, görüntülərlə bağlı "Bravo" hiper marketlər şəbəkəsinin ictima əlaqələr şöbəsi ilə əlaqə saxlamaq cəhdlərimiz nəticəsiz qaldı.

Görüntülərlə bağlı AQTA və "Bravo" marketlər şəbəkəsinin də açıqlamasını dinləməyə hazırıq.

dogruxeber.tv

Son xəbərlər

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Venesuelada şiddətli zəlzələ: binalar çökdü, 32 ölü - Video

“Brent” ucuzlaşdı

Bütün xəbərlər