Veteran pulları ilə bağlı təklif: 160 manat olsun!

Son günlər dövlətin ayırdığı müavinətlər arasında veteran pulunun da artırılması məsələsi müzakirə mövzusuna çevrilib. Müharibə iştirakçıları hazırda 80 manat müvainət alsa da bu məbləğin az olması zaman-zaman dilə gətirilib.

"dogruxeber.tv" xəbər verir ki, millət vəkili Vüqar Bayramov da veteran pulunun artırılması ilə bağlı parlamentə təklif təqdim edib.

Deputat qeyd edib ki, təklif zamanı müavinətin iki dəfə artırılaraq 160 manata çatdırılmasını irəli sürüb:

"Veteran pulunun artırılması ilə bağlı büdcə müzakirələri zamanı təklifimizi etmişik. Biz veteran pulunun iki dəfə artırılmasını təklif edirik. Çünki veteran pulu müəyyənləşəndən sonra iki dəfəyə yaxın artımlar olub. Veteran pulu əlilliyi olmayan və müharibədə iştirak edənlərə ödənilən müavinətdir. Bu vəsaitin ödənilməsində məqsəd kommunal və digər xərlərin qarşılanmasıdır. Dövlət bir növ bu yolla kompensasiya edir.

Veteran pulu ödənilməyə başlayandan sonra pul xərclərinin strukturunda iki dəfə yaxın artım var. Bu səbəbdən veteran puulunun iki dəfə artırılmasını təklif edirik. Nəzərə almaq lazımdır ki, ombudsman institutunun illik hesabatındakı təkliflərdən biri də müharibə iştirakçılarına verilən müavinətin artırılması olub.

Hesab edirəm ki, qiymətləndirmə aparıldıqdan sonra bu istiqamətdə addımların atılması mümükün olacaq".

Oxunub: 333

Son xəbərlər

Hikmət Mirzəyev türkiyəli həmkarı ilə hərbi əməkdaşlığı müzakirə edib

Aİ-nin uzunmüddətli büdcəsinin 2 trilyon avroya qədər artırılması təklif edilib

Mirzoyan Parisdə Azərbaycanla sülh prosesi və regional layihələr barədə danışıb

UEFA-nın dəstəyi ilə Bakıda uşaq hüquqlarının qorunmasına dair tədbir təşkil olunub

BƏƏ OPEC-dən və OPEC+ sazişindən çıxır

Xanabad və Təzəbinədə torpaqların əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbulu başlayır

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb

Braziliyada "Azərbaycan Mədəniyyət Günü" adlı tədbir keçirilib

İran hökumətinin etiraz qorxusu: Təcili toplantı keçirildi

İlham Əliyev onları təltif etdi

İsveçrənin bu addımı Ciorca Melonini qəzəbləndirdi

Aprel çağırışının gedişatı müzakirə olundu

Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi

Sabah hava yağıntılı olacaq

ABŞ ağır zərbə PUA-larından imtina edir

Keşlədə sökülmüş yaşayış evinin sakinlərinə maddi yardım ödəniləcək

"İdrak" liseyində güllələnən müəllim işdən çıxdı

Dəniz səviyyəsi artır, torpaq çökür - Çinin sahil şəhərləri üçün yeni təhlükə

Bakının 4 rayonunda istinad divarları TİKİLƏCƏK-SƏRƏNCAM

Azərbaycan millisi dünya reytinqində birinci oldu

Donald Trumpa qarşı sui-qəsd cəhdinin detalları ortaya çıxdı

Medina "Qarabağ"da 200-ə çatdı

Energetika Nazirliyinin press-reliz tenderi ləğv edildi: Səbəb açıqlanmadı

Azərbaycanda “Kərimə dövlət” qurmaq istəyənlərdən biri öldürüldü

Zelenski Qəbələdən sonra İrəvana gedəcək

Gürcü futbolçu Azərbaycan Premyer Liqasında 60-cı qolunu vurdu

Bu maşın markasının satışı ARTIR- YENİ REKORD

Bakı-Praqa iqtisadi əlaqələrində yeni mərhələ: Azərbaycan Çexiya bazarında nə satır?

Azərbaycan universitetlərində dərslər bu tarixdə yekunlaşacaq

Vətəndaşların dövlət qurumlarına müraciətlərinə EHİS üzərindən də baxılacaq

Bütün xəbərlər