Maaşlarda nə qədər artım olacaq?  - AÇIQLAMA

dogruxeber.tv: - Saatlıq əmək haqqı rejimi işçilərin əmək haqqının iş saatlarının sayına əsasən hesablanması sistemidir.

Bu rejim, işçinin konkret bir dövr (adətən həftəlik və ya aylıq) ərzində işlədiyi saatlara görə ödəniş almasını nəzərdə tutur.

Ölkəmizdə saatlıq minimum əmək haqqı rejiminin tətbiqi vətəndaşların maaşlarına necə təsir edəcək? Həqiqətən artımlar ola bilərmi?

Millət vəkili Vüqar Bayramov bildirib ki, bu mexanizmin tətbiqi ilə həm maaşlar arta bilər, həm də əlavə üstünlüklər əldə oluna bilər:

"Saatlıq minimum əmək haqqı rejiminə nə zaman keçiləcəyi ilə bağlı dəqiq məlumat yoxdur. Hələlik hökumətdən bununla bağlı mexanizm hazırlanması və müzakirələrin getməsi barədə açıqlamalar var.

Saatlıq əmək haqqı rejimində minimum əmək haqqı orta aylıq minimum əmək haqqından az olmamalıdır. Orta aylıq əmək haqqı əgər minimum 345 manatdırsa, saatlıq minimum əmək haqqı bu rəqəmdən daha çox olacaq.

Saatlıq iş mexanizminin tətbiqi həmçinin vətəndaşlara imkan verəcək ki, bir neçə yerdə işləyə bilsin və daha çox qazanc əldə edə bilsin.

Yeni mexanizmin tətbiqi aylıq əmək haqqının artmasına da gətirib çıxara bilər. Saatlıq əmək haqqı rejiminin tətbiqi zaman tələb edən məsələdir. Bir məsələni qeyd edim ki, səhiyyə və təhsil sektorlarında saatlıq əmək haqqı həm də keyfiyyət meyarlarına görə müəyyənləşməlidir".

Qeyd edək ki, saatlıq əmək haqqı rejimi işçi və işəgötürən arasında daha səmərəli əmək münasibətləri qurmaq üçün əlverişli bir vasitədir.

Saatlıq əmək haqqı rejiminin üstünlüklərini təqdim edirik:

Ədalətli ödəniş: İşçilər faktiki işlədikləri saatlara görə ödəniş alır, bu da onları daha səmərəli işləməyə təşviq edə bilər.

Məsuliyyət və nəzarət: İşçilər öz iş saatlarını daha yaxşı idarə edə bilər və işəgötürənlər də işçilərin işləmə saatlarını asanlıqla izləyə bilər.

Qeyri-müntəzəm iş saatları: Saatlıq əmək haqqı rejimi qeyri-müntəzəm iş saatlarına malik işçilər üçün daha uyğun ola bilər, məsələn, müvəqqəti və ya mövsümi işlərdə.

Məlumat üçün bildirə kki, Azərbaycan qanunvericiliyinə əsasən, işəgötürənlər işçilərə onların iş saatlarına görə ədalətli əmək haqqı ödəməlidirlər. İşəgötürənlər həmçinin əmək müqaviləsində və ya kollektiv müqavilələrdə göstərilən öhdəliklərə əməl etməlidir.//BAKU.WS

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər