Paşinyanın yeni planı: Bakıya təklif... - Növbə bu ərazidədir

Nikol Paşinyanın Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq və atəşkəs pozuntularını aradan qaldırmaq üçün ikitərəfli mexanizm yaradılması təklifinə Bakının razı olub və ya olmayacağını demək çətindir.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, hər halda ilk baxışda bu, guya çox konstruktiv təklif kimi görülsə də, əslində burada məqsəd başqadır:

"Məqsəd ondan ibarətdir ki, Avropa İttifaqının mülki missiyasını vaxtilə bölgəyə cəlb edən Ermənistan artıq onların bu mexanizmin işlək hissəsi kimi fəaliyyətini istəyir. Sərhədlərdə artıq bu missiyanın olmasını düşünür. Çünki burada ikitərəfli mexanizmdən söhbət getsə də, hansısa beynəlxalq mexanizm, beynəlxalq nəzarət kimi ifadələr də keçməkdədir.

O baxımdan düşünmürəm ki, bu məsələ qəbul edilsin. Bu məsələlərin ən rahat həll variantı ondan ibarətdir ki, Ermənistan silahlanmanı dayandırsın, təxribatlardan əl çəksin, sülh müqaviləsinin imzalanması ilə bağlı prosesi yubatmasın. Ortaya atılan bu iddialar, təkliflər sadəcə olaraq vaxt qazanmaq və manipulyasiya etmək üçün istifadə olunan variantlardır. Çünki belə təklifə Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsinin də dərhal reaksiya verməsi və bunun Gürcüstandakı missiyanın fəaliyyətin nümunə göstərməsi onu göstərir ki, burada da əslində həmin Avropa İttifaqının mülki missiyasının aktivləşdirilməsi, sərhədlərdə faktiki olaraq onların yerləşdirilməsindən söhbət gedir. Onlarında mövqeyi bəllidir”.

Politoloq bildirib ki, Ermənistan konstruktiv davransa, əslində belə mexanizmə gərək qalmayacaq:

“İrəvan konstruktiv davransa, o mexanizm də işlək hala keçə bilər. Ermənistanın davranışlarının tez-tez dəyişdiyini görürük. Bir ay öncəki vəziyyətlə indiki durum kifayət qədər fərqlidir. Bunun hamısının səbəbi ötən gün ABŞ-nin ard-arda gələn nümayəndələrinin o cümlədən Fransadan verilən təlimatlar əsasında Güney Qafqazda vəziyyət gərginləşdirilir. Ermənistanda bu prosesdə faktiki olaraq alət rolunu oynayır”.

Son xəbərlər

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

TƏBİB rəhbəri daha üç xəstəxananın direktorunu işdən çıxardı

“Azərişıq” ASC-yə ISO beynəlxalq standartları üzrə sertifikatlar təqdim olunub

Xanımı ilə dalaşan Əməkdar artist özünü körpüdən atdı

60 yaşlı kişi mağazada öldü

Azərbaycanda yeni rüsum müəyyənləşir - 70 manat

Dollar almaq istəyənlərin nəzərinə

Bütün xəbərlər