“AzerGold” QSC tərəfindən Daşkəsəndə növbəti vətəndaş qəbulu keçirilib

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Korporativ Sosial Məsuliyyət (KSM) Komitəsi tərəfindən Daşkəsən rayonunun ucqar Çovdar, Quşçu kəndləri, eləcə də digər yaşayış məntəqələrindən olan sakinlər ilə növbəti görüş keçirilib.

"dogruxeber.tv" xəbər verir ki, Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsində keçirilən görüşdə “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini, KSM Komitəsinin sədri Xəyyam Fərzəliyev iştirak edib. X.Fərzəliyev çıxış edərək, Səhmdar Cəmiyyətin fəaliyyət göstərdiyi Gəncə-Daşkəsən iqtisadi rayonunda, xüsusilə istismar işləri həyata keçirilən mədənlərin yaxınlığında yerləşən kənd və qəsəbələrin sakinlərinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi istiqamətində görülən işlərdən danışıb.

“AzerGold” QSC tərəfindən Daşkəsəndə növbəti vətəndaş qəbulu keçirilib

Bildirilib ki, “AzerGold” QSC məsuliyyət zonalarında dayanıqlı inkişaf məqsədlərini daim diqqətdə saxlamaqla dövlətimizin yürütdüyü sosial siyasətə töhfələrini verir. Səhmdar Cəmiyyət fəaliyyət göstərdiyi bölgədə yerli icmaların məşğulluq, təhsil, sağlamlıq, inklüziv inkişaf, idman, mədəniyyət və digər istiqamətlərdə inkişafı yönündə ardıcıl və sistemli layihələr icra edir. Cari il ərzində də bu istiqamətdə işlərin icrasının davam etdiriləcəyi diqqətə çatdırılıb. Daha sonra vətəndaşların müraciətləri dinlənilib, yeni təşəbbüslər və aktual məsələlər müzakirə edilib.

“AzerGold” QSC tərəfindən Daşkəsəndə növbəti vətəndaş qəbulu keçirilib

Qeyd edək ki, “AzerGold” QSC-nin KSM Komitəsi tərəfindən sosial ehtiyacların müəyyənləşdirilməsi məqsədi ilə bölgə əhalisi ilə ənənəvi görüşlərin təşkili davam etdiriləcək.

Son xəbərlər

Hicran Hüseynova dünyasını dəyişdi

“Liverpul” yeni baş məşqçisini açıqladı

İtaliyada dörd miqrant diri-diri yandırıldı

Məhv olmuş planetin ilk qəti sübutu tapıldı

Oğluna dördüncü dəfə Laçında toy etdi

ABŞ Haitidən gələn və 240 miqrantı daşıyan qayığı saxlayıb

Türkiyə terrorla mübarizədə Nigerə yardım edəcək

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Putin İlham Əliyevə buna görə təşəkkür etdi

Yeni Delhidə oteldə yanğın olub – 21 nəfər ölüb, 17-si əcnəbidir

Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub

Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində imiş - detalları açıqladı

Livanda ölənlərin sayı 3 526 nəfərə çatdı

Zelenski Putinə görüş və atəşkəs təklif edib

Körpüdə uşaqları daşıyan avtobus SUV ilə toqquşub - Bu ölkədə

Kartla ödəniş edənlərin NƏZƏRİNƏ!

Mehriban Abasquliyeva sabiq məhkəmə sədrinin bacısı imiş

Rusiyadan Ermənistana səsverməyə gələnlər saxlanılır

Azərbaycanda bu şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq

BAŞLANDI! Rusiya şəhərləri, Krım, gəmilər, zenit-raketlər, dəmiryolları BOMBALANIR

“Qarabağ” 1 milyona qapıçı alır

Podolyakdan Lukaşenkoya hədə: Təqaüdə çatmaq istəyirsə...

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək

Sərhəddə, yerin altında gizli narkotik marşrutu: illərlə diqqətdən yayınıb - Foto

Tarixdə ilk trilyonçu ola bilər

"Ford" 420 min avtomobili geri çağırır

"Reuters": Aİ ilə Rusiya arasında danışıqlar üçün imkan yaranır

Qırğızıstan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

İsrailli köçkünlər fələstinli çobanları otlaqlarından qovublar

Bütün xəbərlər