İranda “dil problemi” aradan qalxır? – AKTUAL

İranda qəfildən bu cür keçid mümkün deyil, amma müəyyən addımlar atılacaq”.

"dogruxeber.tv" bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu İranın yeni prezidenti Məsud Pezeşkianın ölkə Konstitusiyasında qeyri-fars dillərin tədrisi ilə bağlı 15-ci maddənin həyata keçirilməsi istiqamətində atdığı ilk addımı şərh edərkən deyib.

Ekspert bildirib ki, İslam Respublikası Konstitusiyanın 15-ci maddəsi etnik qrupların ana dilində təhsil alma hüququnu tanıyır:

“Ancaq ötən illərdə bu maddənin icrası həyata keçirilməyib. İslahatçı prezident Həsən Ruhani namizəd olarkən 15-ci maddəni icra edəcəyinə söz verdi. Onun prezidentliyi dövründə bir sıra addımlar atıldı. Məsələn, Təbriz Universitetində Azərbaycan dili mərkəzi yaradıldı, Azərbaycan dili tədris olundu. Ancaq sonradan bildiyim qədər bu sahədə işlər dayandı. Pezeşkian da prezident seçkiləri kampaniyası zamanı həmin məsələni həll edəcəyinə söz verdi. Artıq bilindiyi kimi, komissiya yaradılıb”.

Şərhçi bildirib ki, Pezeşkianın seçki kampaniyasında təkcə azərbaycanlılar deyil, digər etnik qruplar da fəal iştirak edib:

“Bu səbəbdən də Pezeşkianın etnik qruplara yönəlik müəyyən addımlar atması gözlənilir”.

Həmsöhbətimizin fikrincə, İranda daha əvvəl etnik qruplarla bağlı xüsusi bir siyasət aparılmadığı üçün indi bu mövzu daha aktualdır:

“Yəni mərkəzi hakimiyyət də hiss edir ki, etnik qruplarin hüquqları və inkişafı ilə bağlı hansısa addımlar atılmalıdır. Bu mənada düşünürəm ki, Pezeşkian bir sıra addımlar, o cümlədən, ana dilində təhsillə bağlı müəyyən addımlar atacaq. Ancaq bu o demək deyil ki, İranda bütün etnik qruplar ana dilində təhsil alacaq. Bu texniki olaraq mümkün deyil. İran unitar dövlət olsa da, bölgənin ən çoxmillətli ölkəsidir. İranda qəfildən bu cür keçid mümkün deyil, amma müəyyən addımlar atılacaq”.

Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian ölkə Konstitusiyasında qeyri-fars dillərin tədrisi ilə bağlı 15-ci maddənin həyata keçirilməsi istiqamətində ilk addımı atıb. Bu barədə Pezeşkianın seçki qərargahı məlumat yayıb. Bildirilib ki, bunun üçün “15-ci Prinsip Komitəsi” yaradılıb və doktor Cavad Miri komitənin rəhbəri təyin edilib.

Pezeşkiana yaxın dairələr yeni təhsil ilindən türklər yaşayan bir sıra bölgələrdə sınaq üçün ana dilində təhsilin ilk mərhələsinin başlanılmasının nəzərdə tutulduğunu bildirib.

Oxunub: 351

Son xəbərlər

Əhməd saxlanıldığı tibb müəssisəsindən azad olunub? – RƏSMİ

İsrail Livanın bəzi ərazilərini atəşə tutub

Makron gələn ay Ermənistana gedir

Azərbaycanda İT auditinin aparılması təklif olunur

“Müğənnilik qadın sənəti deyil

İran tankeri ABŞ blokadasını pozub Hörmüzü keçdi

Birol: Hörmüz böhranından sonra enerji bazarının bərpası iki il çəkə bilər

“Four Seasons”da genişmiqyaslı Təhsil Sərgisi keçiriləcək

Bakı metrosuna sərnişinlər niyə buraxılmır?- RƏSMİ AÇIQLAMA

İran tankeri ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib

Qobustanda ana və 3 övladı dəm qazından zəhərləndi

Fransa sərt büdcə qənaətinə keçir

Kənar dairəvi yolda qəza - Ölən var

Məktəbdə yandırılan şagirdin SON DURUMU

Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ

Ağdamda 17 yaşlı qızı maşın vurdu

Cəlili Qalibaf və Əraqçını istefaya məcbur edir

ADB Biləcəri–Yalama dəmir yolu üzrə tender elan edib

Günün qoroskopu: Düşüncələriniz dəyişir

BEA: Dünya enerji xəritəsi yenidən formalaşdırıla bilər

“İran təslim olmayacaq”

Azərbaycan Kuboku: Bu gün ilk finalçı bəlli olacaq

Pirallahıda piyadanın vurulması ölümlə nəticələnib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Azərbaycan bank sektorunun uğurları və riskləri

Yağışlı Bakının tıxaclı yolları – SİYAHI

Məğlub oldu deyə rəqibinə şillə vurdu

Türkiyədə DEAŞ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat: 90 şübhəli saxlanıldı

Bakıda 100 min bina söküləcək? – RƏSMİ

70 kq qızılla saxlanılan polkovnik-leytenantın – 7 il həbsi tələb edildi

Bütün xəbərlər