Erkin Qədirli ilə bağlı sensasion iddia: Bu vəzifəyə gətirilir

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərindən sonra Milli Məclisin rəhbərliyində ciddi dəyişikliklər olacaq. Spiker Sahibə Qafarova istisna olmaqla, parlamentin rəhbərliyində təmsil olunan digər 3 nəfərin – birinci vitse-spikerin və digər iki müavinin vəzifəsini itirəcəyi bildirilir.

"dogruxeber.tv" bildirir ki, Yenisabah.az bununla bağlı maraqlı məlumatlar əldə edib. YAP-çı deputatlardan biri, saytımıza açıqlamasında deyib ki, hazırda Milli Məclisdə müxalifəti təmsil edən vitse-spiker başqa siyasi partiyanın nümayəndəsi ilə əvəzlənəcək. Onun sözlərinə görə, 2020-ci ildə Vətəndaş Həmrəyliyi Partiyasının seçilmiş nümayəndəsi olaraq, parlament rəhbərliyində təmsilçilik hüququ qazanan Fəzail İbrahimli bu dəfə yerini müxalifətdən olan başqa həmkarına verəcək.

Mənbə deyib ki, Adil Əliyevin boşaltdığı postu bitərəflərin nümayəndəsi tutacaq. Birinci vitse-spiker vəzifəsinə isə, YAP-ın aparıcı fiqurlarından birinin seçilməsi gözlənilir. Həmin şəxsin, hakim partiya tərəfindən deputatlığı irəli sürülmüş, Baş nazirin müavini Əli Əhmədov olacağı istisna edilmir.

Məlumatlı şəxs, müxalifəti təmsil edəcək vitse-spikerin kimliyini də açıqlayıb. Onun sözlərinə görə, 2020-ci ildə ReAL Partiyasından deputat seçilmiş hüquqşünas Erkin Qədirlinin bu posta sahib olmaq şansı digər müxalif həmkarları ilə müqayisədə xeyli böyükdür.

Müsahibimizin iddiasına görə, bu dəfə parlamentdə ana müxalifət statusunda Vətəndaş Həmrəyliyi Partiyası deyil, ReAL Partiyası təmsil olunacaq: “Hazırda Milli Məclisdə VHP-ni 3 deputat – Sabir Rüstəmxanlı, Fəzail İbrahimli və Rafael Hüseynov təmsil edir. Parlamentdə ən çox deputatla təmsil olunan müxalifət partiyası olduğuna görə, 2020-ci ildə vitse-spiker postu VHP-nin nümayəndəsinə təklif olunmuşdu. Bu dəfə VHP-nin ana müxalifət olmaq şansı çox aşağıdır. Sabir Rüstəmxanlının seçkiyə qatılamaması, Fəzail İbrahimlinin siyasi kariyerası ilə bağlı qeyri-müəyyənliyin davam etməsi parlamentdəki müxalif vitrinin yenilənəcəyindən xəbər verir. Çox böyük ehtimalla Milli Məclisdə ən çox deputatla təmsil olunan müxalif təşkilat ReAL Partiyası olacaq. ReAL-ın 2 nümayəndəsinin – İlqar Məmmdovun və Erkin Qədirlinin deputat seçilmək şansı yüksək qiymətləndirilir. Seçki marafonuna Yevlaxdan qoşulan Rəsul Cəfərov ReAL-a 3-cü mandatı qazandıra bilər. Bu partiya növbədənkənar parlament seçkilərindən sonra, Milli Məclisdə hətta 2 deputatla təmsil olunsa belə, müxalifət üçün nəzərdə tutulan vitse-spiker postu ReAL-ın nümayəndəsinə veriləcək. Yeni vitse-spikerin hazırki deputat Erkin Qədirli olacağı istisna edilmir. Hətta bununla bağlı parlament səviyyəsində razılaşma mövcuddur”.

Son xəbərlər

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...

Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI

Zakir Həsənov Pakistana başsağlığı verdi

Qızıl və gümüş ucuzlaşdı

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Bütün xəbərlər