Müdafiə Nazirliyində müavinlərin sayı NƏYƏ GÖRƏ AZALDI

dogruxeber.tv: - Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı Müdafiə Nazirliyinin (MN) rəhbərliyi siyahısından çıxarılıb. Bu barədə “Report”a məlumatlı mənbədən bildirilib.

Xatırladaq ki, bir müddət əvvəl Əlahiddə Ümumqoşun Ordunun sabiq komandanı general-polkovnik Kərəm Mustafayev vəzifəsindən azad edilib.

Qeyd edək ki, bundan əvvəl nazirliyin strukturuna əsasən Əlahiddə Ümumqoşun Ordunun komandanı müdafiə nazirinin müavini vəzifəsini tuturdu.

1991-ci il 7 sentyabr tarixində muxtar respublikanı yaranmış vəziyyətdən xilas etmək, ərazisini erməni basqınlarından qorumaq, əhalini talan və qırğınlardan qurtarmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri olan Heydər Əliyevin təşəbbüsü ilə Dövlət Müdafiə Komitəsi yaradıldı. 1992-ci il sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası ərazisində ilk milli ordu birliyindən biri olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada formalaşdı. 705-ci əlahiddə gücləndirilmiş motoatıcı briqada uğurlu döyüş yolu keçərək 21 may 1995-ci ildə motoatıcı diviziyaya, 8 dekabr 1998-ci ildə isə Ordu Korpusu səviyyəsinə qədər yüksəldi.

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən, 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordu yaradılıb. Əlahiddə Ümumqoşun Ordu müxtəlif qoşun növünə aid birləşmə və hissələrdən ibarət olub Naxçıvan Muxtar Respublikası ərazisini, o cümlədən hava xətti ilə 275 km-dən (ərazi relyefinə uyğun olaraq 405 km) artıq sərhədi şərəflə müdafiə edir.

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları 2018-ci ildə uğurlu Günnüt əməliyyatında və 2020-ci ildə Vətən müharibəsində iştirak edərək torpaqlarımızın azad olunmasında şücaət göstəriblər.

Kərəm Mustafayev 14 may 2014-cü ildə isə Beşinci Ordu Korpusunun əsasında yaradılan Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun Komandanı təyin olunub. O, 25 may 1998-ci ildə general-mayor, 19 yanvar 2002-ci ildə genertal-leytenant, 25 iyun 2020-ci ildə isə general-polkovnik ali hərbi rütbələri verilib.

2024-cü il iyulun 5-də sosial mediada və xəbər saytlarında müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordusunun komandanı Kərəm Mustafayevin tutduğu vəzifədən azad edilməsi, əvəzinə isə bu vəzifəyə Kənan Seyidovun təyin olunması ilə bağlı xəbərlər yayılıb. İyulun 8-də isə Kərəm Mustafayevun son günlərdə istintaqı aparılan cinayət işlərindən biri ilə bağlı müstəntiqlərə ifadə verməsi ilə bağlı xəbər dərc edilib. Qeyd edilən məsələlərlə bağlı rəsmi açıqlama verilməyib.

Seyidov Kənan Əlhüseyn oğlu 1974-cü il dekabr ayının 23-də Sumqayıtda anadan olub, əslən İmişlinin Bəhrəmtəpə qəsəbəsindəndir. Kənan Seyidov uzun illər Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib. Xüsusi Təyinatlı Qüvvələr Komandanının birinci müavini – Qərargah rəisi vəzifəsinə təyin olunub. 2020-ci ilin sentyabrın 27-də başlanan hərbi əməliyyatlar zamanı fərqlənib. Prezidentin sərəncamı ilə Vətən Müharibəsi Qəhrəmanı adı ilə təltif edilib, general-mayor ali hərbi rütbəsinin verilib. 23 iyun 2021-ci ildə Xüsusi Təyinatlı Qüvvələr Komandanının birinci müavini – Qərargah rəisi vəzifəsindən azad edilib və 5-ci Ordu Korpusunun Komandiri vəzifəsinə təyin edilib.

Əlahiddə Ümumqoşun Ordusunun Komandanının birinci müavini – Qərargah rəisi general-leytenant Fazil Ağalarov açıqlamasında Kərəm Mustayevin vəzifədən azad olunduğunu təsdiqləsə də, Kənan Seyidovun təyinatı barədə danışmayıb. Kərəm Mustafayevin adı Müdafiə Nazirliyinin rəsmi saytında (mod.gov.az) iyulun 10-da çıxarılıb. Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevdir. Nazirin daha bir müavini Quru Qoşunları Komandanı general-leytenant Hikmət Mirzəyevdir. Hərbi Hava Qüvvələri Komandanı da nazir müavini statusundadır. Nəhayət, müdafiə nazirinin müavini və baş direktor Aqil Qurbanovdur. Bundan əvvəl nazirliyin Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi və Əlahiddə Ümumqoşun Ordusunun Komandanı da nazir müavini statusunda idi.

Ekspertlərə görə, Müdafiə Nazirliyinin struktur bölməsində edilən dəyişiklik mühüm əhəmiyyətə malikdir. Azərbaycan Ordusu da uzun müddətdir yeni iş mexanizminə keçib. Bu zaman Türkiyə Müdafiə Nazirliyinin təcrübəsi əsas götürülüb. O da bildirilir ki, təkcə Müdafiə Nazirliyində deyil, daha aşağı strukturlarda, hərbi hissələr, briqadalar, korpuslar, ali hərbi təhsil ocaqlarında da bu cür struktur dəyişiklikləri gözləniləndir. Bu dəyişikliklər NATO sisteminə yaxınlaşmaq baxımından da önəmlidir. Çünki atılan bu addımlar, idarəetmə sisteminin təkmilləşməsi ordumuzun döyüş qabiliyyətinin artmasına ciddi təkan verəcək.//“Yeni Müsavat”

Son xəbərlər

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...

Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI

Zakir Həsənov Pakistana başsağlığı verdi

Qızıl və gümüş ucuzlaşdı

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Bütün xəbərlər