Naxçıvan Qarnizonunun şəxsi heyəti Dövlət Bayrağı Gününü qeyd edib – FOTO













Xalqımızın azadlığını, suverenliyini, öz istiqlalı uğrunda apardığı mübarizəni, milli kimliyini tərənnüm edən üçrəngli bayrağımız həm də milli qürurumuzdur. Bu gün Azərbaycan bayrağı işğaldan azad edilmiş Lələtəpədə, Günnütdə vüqarla dalğalanır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində 9 noyabr – Dövlət Bayrağı Gününə həsr olunmuş “Bayrağımız qürurumuzdur” mövzusunda keçirilən tədbirdə səsləndirilib.

Naxçıvan Qarnizonunun şəxsi heyətinin iştirak etdiyi tədbirdə Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Naib Cəfərov Azərbaycan Xalq Cümhuriyyətinin dövlət rəmzi kimi qəbul edilən bayrağımızın 72 ildən sonra ilk dəfə 1990-cı il noyabrın 17-də Naxçıvanda ümummilli lider Heydər Əliyev tərəfindən yüksəklərə qaldırıldığını qeyd edib. Vurğulayıb ki, həmin dövrdə dahi lider Heydər Əliyev xalqımızın azadlıq mübarizəsini daha da alovlandırdı və 1991-ci il oktyabr ayının 18-də Azərbaycan Respublikası öz müstəqilliyini elan etdi. Bu gün üçrəngli, ayulduzlu bayrağımız Azərbaycan səmasında əbədi olaraq qürurla dalğalanır.

Sonra Naxçıvan Qarnizonu tam orta məktəbinin direktoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi Natiq Əhmədov və Əlahiddə Ümumqoşun Ordunun zabiti, polkovnik-leytenant Zaur Həmidov çıxış edərək bildiriblər ki, bayraq Vətənə sədaqətin simvoludur. Çünki ata-babalarımız döyüşlərə atılan zaman başları üzərində Vətən bayrağı olub. Məhz bunun nəticəsidir ki, min illərdir bayraq xalqımız üçün qürur mənbəyidir.

Çıxışların ardından videoçarx nümayiş olunub, Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdləri və Heydər Əliyev adına Hərbi Liseyin kursantları ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində fəaliyyət göstərən sağlamlıq imkanları məhdud ifaçılardan ibarət “İnam” musiqi qrupunun üzvləri konsert proqramı ilə əsgərlər qarşısında çıxış ediblər.

Sonda tədbirdə fəal iştirak etdiklərinə görə “İnam” musiqi qrupunun üzvləri, şagird və kursantlar Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən fəxri fərmanla təltif ediliblər.

Son xəbərlər

Binəqədidə su xəttini təmir etmək istədilər -Yol da dağıldı

Yaponiyada zəlzələdən sonra TM-də partlayış – Ölənlər var

Rusiya həyəcan təbili çaldı: Asiyada NATO-ya bənzər blok yaradılsa...

Önəmli telefon danışığı: Prezidentlər nəyi müzakirə etdi?

İstirahət mərkəzinin rəhbəri böyük məbləğdə cərimə olundu

Kral Çarlzdan Harriyə gözlənilməz addım: Bu dəfə "hə" dedi

İran Ukraynaya hücuma hazırlaşır

Ronaldo serialda rol alacaq

Müəllimini güllələyən şagirdə hökm oxundu

ABŞ-nin Kanadadakı konsulluğuna silahlı hücum: Canilərin axtarışı davam edir

“Qarabağ”dan ayrıldı, bu kluba keçdi

Tələbələrin yerdəyişməsi üzrə nəticələr açıqlandı

Qəzadan sonra avtomobili kənara çəkmək olarmı? – Qanun nə deyir?

Börnhem söz verdi: Ukraynaya ordu göndərəcək!

İlham Əliyev sərəncam imzaladı

Hasil Abbasov şöbə müdirini işdən çıxardı

Rəsmi sənədi var, hakim isə “fakt təsdiqlənməyib” deyir —Xətai Rayon Məhkəməsinin qətnaməsindəki açıq ziddiyyət

Putin İlham Əliyevə zəng etdi

Xəzərdə müharibə təhlükəsi: Azərbaycan üçün yeni risklər

Sabah 40 dərəcə isti olacaq

Göyçayın ortasında ağacları zəhərləyən obyekt sahibi kimdir və bu cəsarəti kimdən alır?

Bu ölkədə 7,1 bal gücündə zəlzələ: Sunami təhlükəsi... - Video

Bu ərazilərdə 3 gün su olmayacaq

Dünya çempionatı: Elmir Çərkəzov qazaxıstanlı rəqibini məğlub edib

Bakı şəhəri 93 №-li məktəbin direktorunun qara bazarı -Şagirdlərin sinifdə saxlanılması...

Sürücülərə ŞAD XƏBƏR: Cərimələr geri qaytarılır

Tacikistanda hicab və saqqal qadağan edildi

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Azərbaycanda ŞOK: Evlərdə zəncirlənmiş uşaqlar – total yoxlamalar zamanı

5 məktəbdə boş qalan yerlərə sərbəst qəbul aparılacaq

Bütün xəbərlər