Fuad Ələskərov: “Əminik ki, yaxın zamanlarda bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq”













Bu gün Azərbaycan Ordusu müasir silahlarla tam təmin edilib və Ali Komandanın rəhbərliyi ilə ən çətin tapşırıqları yerinə yetirməyə qadir, yüksək döyüş hazırlığına malik ordudur.
Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri Fuad Ələsgərov Ümummilli Lider Heydər Əliyevin 95 illiyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Sevdiyim” adlı layihənin təqdimat mərasimində çıxış edərkən deyib.
Onun sözlərinə görə, müasir Azərbaycanın əldə etdiyi nailiyyətlərdən biri də güclü ordunun yaradılmasıdır: “Bu ordu öz gücünü 2016-cı ildə aprel döyüşlərində göstərib və 3 rəngli bayrağımızı düşməndən azad edilən torpaqlarda ucaldıb. Əminik ki, yaxın zamanlarda 3 rəngli bayrağımız işğaldan azad edilmiş Şuşada, Xankəndidə dalğalanacaq”.
F.Ələsgərov bildirib ki, Azərbaycan xalqı Azərbaycan Xalq Cümhuriyyətinin bayrağına 70 il sonra sahib çıxıb:
“Artıq 28 ildir ki, Azərbaycan dövlətinin bayrağı enmədən dalğalanır. Bu bayraq bu gün regionda aparıcı dövlətə çevrilmiş güclü Azərbaycan dövlətinin bayrağıdır. Bu nailiyyətlərin əldə edilməsinə görə Azərbaycan xalqı Ümummilli Liderə borcludur. Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan MDB-nin ən güclü ölkəsinə çevrildi, dövlət quruculuğu uğurla aparıldı, Azərbaycan neftinin dünya bazarlarına çıxarılması üçün dünyanın aparıcı neft şirkətləri ilə müqavilə imzalandı”.
Prezidentin köməkçisi bu gün Azərbaycanda aparılan siyasətin nəticəsi olaraq ölkədə ictimai-siyasi sabitliyin hökm sürdüyünü də söyləyib.

Son xəbərlər

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İrəvandan Azərbaycanla bağlı ŞOK etiraf

Ərdoğanın oğlu: İsrailə olar, Rusiyaya yox?

Bu xəstəxanaların qarşısında parklanma ləğv edildi - SİYAHI

Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR

Azərbaycanın 92 yaşlı alimi 50 İLDƏN SONRA VƏZİFƏDƏN GETDİ

Şənbə günü Bakıda 30 dərəcə isti olacaq -PROQNOZ

“Sıfır Tullantı” həmrəylik marafonuna start verildi

49 nəfər səhrada susuzluqdan öldü

Bu türk ölkəsi Dubaya uçuşları bərpa etdi

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilib

Qızıl almaq istəyənlər üçün ŞAD XƏBƏR - 1 qramı...

Kompüterlər üçün ilk ultra-sürətli yaddaş yaradıldı

Bütün xəbərlər