gundem / idman / Cəmiyyət
6.08.2024
Güləşçimiz yarımfinala yüksəldi
Yunan-Roma güləşçimiz Sənan Süleymanov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında daha bir qələbə qazanıb.
"dogruxeber.tv" xəbər verir ki, 77 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda Macarıstan təmsilçisi Zoltan Levayla üz-üzə gəlib.
İdmançımız bu görüşdə sonuncu xal prinsipi (1:1) ilə qalib gəlib.



