gundem / Cəmiyyət
13.08.2024, 17:15
Müdafiə Nazirliyindəki yeyintiyə görə daha bir zabit həbs edildi
Müdafiə Nazirliyindəki xüsusilə külli miqdarda yeyintiyə görə daha bir zabit həbs edilib
"dogruxeber.tv"ın “Qafqazinfo”dan əldə etdiyi məlumata görə, MN-in N saylı korpusunun Maliyyə xidmət rəisi vəzifəsini icra edən Namiq Mirzəyev barəsində Səbail rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Belə ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri zamanı Namiq Mirzəyevin Müdafiə Nazirliyində məlum maliyyə araşdırmaları və həbslərdən sonra da 2023-2024-cü illərdə eyni üsullarla xüsusilə külli miqdarda dövlət vəsaitini mənimsəmə əməllərini davam etdirdiyi məlum olub.



