gundem / sosial / bolge / Cəmiyyət
28.08.2024
Laçının Sus kəndində bir evdən aylıq 5 min manat kirayə pulu qazanılır
Laçın rayonunun Sus kəndinə qayıdan keçmiş məcburi köçkünlərə verilən evlər son zamanlarda kirayə məqsədi ilə istifadə edilir.
"dogruxeber.tv"ın məlumatına görə, həmin evlərin bir günlük kirayə qiyməti 160-180 manat aralığında dəyişir. Yay fəsli olduğundan kirayə evlərə təlabat da yüksəkdir. Orta hesabla, bir ay ərzində ev sahibi 5 min manat pul qazanır.
Müəyyən vaxtdan sonra evlərin bəzi hissələri fərqli-fərqli insanlara kirayə verildiyi üçün sıradan çıxır.



