Kəmaləddin Heydərovun bu məsələlərdən xəbəri varmı ?

Vəzifə başında "il boyu istirahət".

dogruxeber.tv: - Fövqəladə Hallar Nazirliyinin fəaliyyətini - daha dəqiq desək, fəaliyyətsizliyini bu cür adlandırmaq olar. Söz yox ki, tikinti aparan şəxslər bu məqamda bizimlə razılaşmayacaq, çünki "daşı daş üstə qoyanda" bu qurumun işinə nə qədər "məsuliyyətli" olduğunun, maraqları təmin olunana qədər göstərdikləri canfəşanlıqlarından onlar görüblər. Amma, yeri gələndə qurumun hər hansı bir işçisinin deyil, hətta rəhbərliyinin belə qanunsuzluqları görməzdən gəlməsinin də şahidi məhz bizik. Buna misal olaraq Sabunçu rayon, Sabunçu qəsəbəsi Qambay Vəzirov küçəsində neft şirkətinə məxsus ərazidə qanunsuz aparılan 3 mərtəbəli iaşə obyektinin tikintisini xatırlada bilərik ki, buna da aylardır bizimlə bərabər, "dogruxeber.tv" informasiya agentliyinin, eləcə də agentliyin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalımızın izləyiciləri də şahid olurlar.

Dəfələrlə yayımlağımıza və aidiyyatı qurumun birbaşa özünə rəsmi sorğular göndərməyimizə baxmayaraq əvvəl yerli icra hakimiyyəti tərəfindən bu barədə onlara məlumat verilmədiyini deyən qurum, bu yalanı da ifşa olunandan sonra ümumiyyətlə susdu.

Bizim qanunsuz tikintilərdən bəhs edərkən, Londonda, Azərbaycanda və digər bəzi ölkələrdə çoxsaylı biznes və sərvətləri olan oliqarx rəis Cəbrayıl Xanlarovun rəhbərlik etdiyi Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin deyil, birbaşa Fövqəladə Hallar Nazirliyinin adını çəkib, qınamaqda haqlı səbəblərimiz var.

Birincisi ona görə ki, Elə sözügedən agentliyin qanunsuz tikintilərə məhz özünün şərait yaratması, eləcə də Daşkəsən Rayon sakini Məmmədova Vüsalə Qabil qızının ötən ilin iyun ayında təbii fəlakət nəticəsində dağılan mənzilinin bərpası və sair barəsində dəfələrlə FHN - nə rəsmi sorğular və müraciətlər göndərmişik. Amma, nə yazıq ki, söhbət reallıqlardan gedəndə quruma göndərdiyimiz məktublar, "quyuya atılan daşa dönür". Əvvəllər FHN-nin İctimaiyyətlə əlaqə idarəsinin baş zabiti vəzifəsində çalışan, 2019-cu ilin iyul ayından isə bilmirik hansı üstün cəhətlərinə görə vəzifəsi böyüdülərək elə həmin qurumun mətbuat xidmətinin rəisi təyin edilən Gülçin Mehdiyeva da deyir ki, "siz məktubu quruma deyil, mənə göndərməli idiniz". Bu sözə bizi gülmək tutanda da xətrinə dəyir.

Xanımdır, xətrinə dəymədik, bir neçə ay əvvəl rəsmi qurumun elektron poçt ünvanına göndərdiyimiz sorğuları, Gülçin xanıma şəxsən də göndərdik, lakin bir neçə gün sonra göndərdiyimiz iki sorğudan yalnız birinə cavab verdi, o da şablon. Doğrusu ona cavab da demək olmazdı. Söhbət Daşkəsən Rayon sakini Məmmədova Vüsalə Qabil qızının evinin təbii fəlakət nəticəsində yararsız hala düşməsi ilə bağlı sorğumuzdan gedir, Sabunçu rayon Sabunçu qəsəbəsi Qambay Vəzirov küçəsində inşa edilmiş 3 mərtəbəli iaşə obyekti barəsindəki sorğumuz isə ümumiyyətlə cavabsız qaldı, halbuki hər iki sorğu eyni vaxtda Gülçin xanıma göndərilmişdi. Xanımın yenə də sözügedən tikinti barəsində susması insanda haqlı şübhələr yaradır.

Zamanında baxılmayan problemlər zamanla ölkəcə olur, aidiyyatı qurum rəhbərləri isə "sadəlik"lə reklam tutur - VİDEO

Ölkə başçısının tapşırıqlarına qarşı çıxan məmurlar - FOTO

Onların göz yumduqları qanunsuzluqları kim aradan qaldırmalıdır ?

Bəzi məmurların yazılmamış qanunlarla idarəçiliyi - VİDEO

Sabunçuda neft ərazisində aparılan qanunsuz işlər - FOTO

Bu qanunsuz işdə dövlət qurumları "yaxasını kənara çəkir" - Bəs günahkar kimdir ? // FOTO

Ölkə başçısının tapşırıqlarına qarşı çıxan məmurlar - FOTO

"Ov ovlayıb, quş quşlayan" nazirin vəzifə səlahiyyətlərindən sui-istifadə edən Cəbrayıl Xanlarova sözü keçmir?

23.08.2024-cü il tarixində FHN-nə göndərdiyimiz sonuncu və hələ də cavabsız qalan sorğuda deyilir:

"Hörmətli Kəmaləddin müəllim !
Bildirmək istəyirik ki, Sabunçu rayonunun Sabunçu qəsəbəsi Qambay Vəzirov küçəsində neft şirkətinə məxsus ərazidə qanunsuz inşa olunan üç mərtəbəli iaşə obyektinin tikintisi ilə bağlı redaksiyamız tərəfindən sizə 13.03.2024-cü il tarixində 266 nömrəli müraciət məktubu ünvanlanmışdır.
Müraciətimizə Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin rəis müavini Zenfira Rzayevanın imzası ilə 18.04.2024-cü il tarixində göndərilən 3-18-2/2-3904/2024 nömrəli cavab məktubunda, qeyd olunan tikinti ilə bağlı yerli icra hakimiyyəti tərəfindən agentliyə hər hansı bir məlumat daxil olmadığı vurğulanıb.

Sabunçu rayon İcra Hakimiyyəti də öz növbəsində 13.03.2024-cü il tarixində ona göndərdiyimiz 268 nömrəli müraciətimizə cavab olaraq, 2.04.2024 cü il tarixində göndərdiyi 5-18/2-794/2024 və 5-18/2-858 /2024 nömrəli hər iki məktubunda, eləcə də 08.04.2024-cü il tarixində göndərdiyi 5-18/2-960/2024 nömrəli məktubunda Azərbaycan Respublikasının Prezidentinin 6 İyun 2012-ci il tarixli 648 saylı fərmanı ilə təsdiq edilmiş, "Yerli İcra Hakimiyyətləri haqqında əsasnamə"nin 3.11.5-ci bəndini və Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli 375 nömrəli fərmanı ilə təsdiq edilmiş "Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi qaydaları"nın 4.3-cü bəndini əsas götürərək, tikinti işlərinin dayandırılması məqsədilə müvafiq tədbirlər görülməsi üçün aşkar olunmuş pozuntu barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 30.12.2023-cü il tarixli 5-18/2-1386/2023 saylı məktubla məlumatlandırıldığını qeyd edib.

Rəhbərlik etdiyiniz qurumun tabeliyində fəaliyyət göstərən Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyi də daxil olmaqla, hər üç məsul qurumun rəsmi müraciətlərimizə göndərdikləri cavabların bir-birinə zidd olması, müəyyən şübhələr yaradır.

Xahiş edirik, yuxarıda qeyd olunan ünvanda qanunsuz inşa olunmuş tikintinin sökülməsi, həmçinin ziddiyətli məsələyə tərəfinizdən aydınlıq gətirilməsi üçün müvafiq şöbəyə göstəriş verəsiniz."

Yuxarıda təqdim etdiyimiz sorğuya diqqət etdinizsə qurumun məsul şəxslərinin qanunsuz tikintini "qorumaq" üçün nə boyda yalan danışdığını anladınız.

Növbəti yazıda bu barədə daha ətraflı məlumatları dərc edəcəyik.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Oxunub: 612

Son xəbərlər

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bütün xəbərlər