Sabunçuda bələdiyyə sakinlərdən nəyin  pulunu yığır? - Üstəlik ərazi  "SOCAR"a aidsə // VİDEO

"dogruxeber.tv" xəbər verir ki, təqribən iki həftə əvvəl bir qrup Sabunçu rayon sakinləri tərəfindən redaksiyamıza müraciət daxil olub.

Belə ki, ünvan olaraq, Sabunçu rayon Sabunçu qəsəbə Qamboy Vəzirov 7, 8, döngə 4 və döngə 2 ərazilərində yaşayan sakinlər müraciətlərində bildirirlər ki, sözügedən ərazidə ərazi üzrə bələdiyyə sədri Əlfəddin Həsənovun göstərişi ilə bələdiyyə müfəttişi Gülgəz adlı xanım vətəndaşlara müxtəlif (100, 200, 300 və s) məbləğlərdə borclarının olduğunu bildirərək, onlardan qeyri-rəsmi şəkildə ödəniş etmələrini tələb edir.

Onların sözlərinə görə, hətta sakinlərin bir çoxu artıq, bu ödənişləri hissə-hissə həyata keçiriblər.

Qeyd edək ki, sakinlər müraciətlərində onu da bildirirlər ki, sözügedən ərazidə hər hansı bir tikinti apara bilmirlər, çünki həmin ərazinin "SOCAR" neft şirkətinə aid olduğu deyilir və onlara müəyyən problemlər yaradılır. Hətta , onlar yaşadıqları mənzillərə belə məhz bu səbəbdən rəsmi çıxarış da ala bilmirlər.

Belə olduğu halda sual yaranır, əgər sözügedən ərazi yerli bələdiyyənin balansında deyilsə, o, zaman bələdiyyə hansı əsasla onlardan ödəniş tələb edir?

Hətta, borclu olduqlarını deyib, cərimə ediləcəkləri ilə təhdid olunurlar.

P.S: Qeyd edək ki, məsələ ilə əlaqədar qarşı tərəfin də fikirlərini dinləmək məqsədilə "dogruxeber.tv" informasiya agentliyinin tabeliyində fəaliyyət göstərən "Kanal14" YouTube kanalında canlı yayımlanan "Kamalın zamanı" proqramında agentliyin rəhbəri və proqramın aparıcısı Kamal Əsgərov sakinlərdən ödəniş tələb edən bələdiyyə müfəttişi Gülgəz adlı xanımla telefon əlaqəsi saxladı.

Xanım gah təkzib edib, yalan məlumat olduğunu dedi, gah da bələdiyyə sədri Əlfəddin müəllimdən tapşırıq aldığını deyərək, onunla əlaqə saxlamağımızı istədi. Kamal Əsgərov məsələ ilə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna rəsmi sorğular göndərəcəyimizi bildirdikdə isə xanım həyəcanla, - "prokurorluğa vermiyin, niyə verirsiniz? Mən danışa bilmirəm, Əlfəddin müəllimlə əlaqə saxlayın", - dedi.



Qeyd: "dogruxeber.tv" olaraq, vətəndaşların müraciətləri əsasında aidiyyatı üzrə qurumlara göndərilməsi üçün tərəfimizdən rəsmi sorğular hazırlanıb.

Mövzuya təkrar qayıdacağıq.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

dogruxeber.tv

Son xəbərlər

Almaniya Ekvador millisinə uduzdu

Yaponiyada yenidən güclü zəlzələ oldu

Paytaxtın bu yolları sürücülərin üzünə bağlanacaq - SİYAHI

Vasilyev: İrəvan iki ildir KTMT-yə pul ödəmir

İran Sinqapur yük gəmisinə hücum etdi

Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Türkiyədə binada yanğın: Ölənlər var

“AFB Bank”ın eks-filial müdiri 12 min “otkat” alıb

“AzerGold” QSC və onun törəmə şirkətlərinin 2025-ci ilin yekunlarına dair maliyyə nəticələri açıqlanıb

Paşinyandan Zəngəzur dəhlizi ilə bağlı mühüm xəbər: Tikinti bu tarixdə başlayır

Azərbaycanda hərbçilərin şəxsi jetonu olacaq

Ukrayna strateji bölgəni azad etdi

Təl-Əvivdən Moskvaya uçuşlar dayandırıldı

Həvəsinə görə məhkəməlik oldu - Bakıda gənc oğlanın ŞOK ƏMƏLİ

İyunun 26-da hava dəyişir: Yağış yağacaq, şimşək çaxacaq

Azərbaycan Suriyada 10 məktəbin yenidən inşasına, daha 100-nün bərpasına dəstək verəcək

Azərbaycanda məsafədən verilən istehlak kreditlərinə dair yeni tələblər müəyyənləşdirilib

II və III ixtisas qrupları üzrə 2-ci cəhd imtahanı bu tarixdə keçiriləcək

“Qarabağ”dan 2.7 milyonluq transfer - Artıq Bakıdadır

Azərbaycanın bank sektorunun aktivləri artıb

Metrodan istifadə edənlərin DİQQƏTİNƏ - Dəyişiklik olacaq

Ölü insanların kimliyindən istifadə edib milyonlar qazandılar

"Orta əsrlərdə yaşayırsınız" dedi, çimərlikdən qovuldu

Bütün xəbərlər