Azərbaycanlı milyarder Rusiya vətəndaşlığından çıxarılıb - Deport olunur

Əslən azərbaycanlı olan, Arxangelskdə yaşayan tanınmış xeyriyyəçi -milyarder Tərlan Qasımov “milli təhlükəsizliyə təhdid” səbəbindən Rusiyadan deportasiya oluna bilər.

"dogruxeber.tv" Haqqın.az-a istinadən bildirir ki, bu barədə “Arxangelsk onlayn” portalı yazıb.

Arxangelskdəki Azərbaycan diasporunun rəhbəri Tərlan Qasımov uzun illər hakimiyyətlə əməkdaşlıq edib və xeyriyyə işləri ilə məşğul olub. Lakin bu ilin yazında o, Rusiya vətəndaşlığından məhrum edilib və indi deportasiya oluna bilər.

Onun “milli təhlükəsizliyə təhdid” yaratdığına dair qərarı FSB verib. Qasımovun vətəndaşlıqdan çıxarılması barədə qərar bu sənədə əsaslanır. Qasımov Azərbaycan vətəndaşı deyil. Sovet İttifaqının dağılması zamanı o, RSFSR-də qeydiyyatda olub və həmişə Rusiyada yaşayıb. Yəni o, yeganə vətəndaşlıqdan məhrum edilib.

Arxangelskdə Qasımov xeyriyyəçilik fəaliyyəti ilə tanınır: O, Ukrayndakı hərbi əməliyyat zonasını ehtiyacları üçün pul göndərir. Rəhbərlik etdiyi Azərbaycan diasporunun nümayəndələri hər ay hərbçilərin ailələrinə meyvə-tərəvəz paketləri verirlər. O, mütəmadi olaraq səlahiyyətli orqanlar, o cümlədən rayon qubernatoru tərəfindən müxtəlif fəxri fərmanlarla təltif edilib.

İndi Qasımov hakimiyyəti məhkəməyə verir, vətəndaşlıqdan məhrum edilməsinə etiraz etməyə çalışır. O, Rusiya Daxili İşlər Nazirliyi ilə işdə uduzub. Hakim idarənin öz vəzifələrini yerinə yetirərək qanuna uyğun hərəkət etdiyi qənaətinə gəlib. Hakim FSB-ni müttəhim kimi cəlb etməkdən imtina edib. Daha sonra Qasımov FSB-yə qarşı ayrıca iddia qaldırıb, məhkəmə bu işi dövlət sirri ilə əlaqələndirərək qapalı saxlayıb.

Qasımov Rusiyanın milli təhlükəsizliyinə necə təhdid necə yaratdığını bilmir. Onun vəkili deyir ki, FSB hesabatında bu barədə heç bir məlumat yoxdur.

Qasımovun Rusiya pasportu hələ də qüvvədədir. Amma məhkəmə onun xeyrinə bitməsə, sənəd ləğv ediləcək. Vəkilin sözlərinə görə, Tərlan Qasımov vətəndaşlığı olmayan şəxs kimi qeydiyyata düşsə belə, deportasiya təhlükəsi hələ də qalacaq.

Oxunub: 385

Son xəbərlər

"Folk-caz haqqında hekayə": Azərbaycan və İsveçin mədəni dialoqu haqqında yeni film

Azərbaycanda 3 gün ardıcıl iş OLMAYACAQ

ADNA-da törədilən terror aktından 17 il ötür

Bakıda bu mağazanın fəaliyyəti DAYANDI

"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb

İranın yarım milyardlıq kriptovalyutasını ələ keçirdilər

Hikmət Hacıyev Kolumbiya XİN rəhbərinin müavini ilə görüşdü

"Atletiko" - "Arsenal" oyunu təxirə salına bilər

Əmtəə bazarlarında qızıl cüzi ucuzlaşıb, gümüş isə bahalaşıb

SEPAH: ABŞ blokadanı Çin, Rusiya və Avropanı zəiflətmək üçün başladıb

Trampla Putin telefonla danışdı

“Prezident Kuboku 2026” beynəlxalq reqatasının açılış mərasimi keçirilib

Vüsal Aslanov elektrik avadanlıqları alır

Digər dildə təhsil almaq istəyən şagirdlərin müsahibəsi BELƏ KEÇİRİLƏCƏK – QAYDALAR

Şəhid anası vəfat etdi

Bu xəstəxananın köçürülməsinə BAŞLANILDI

Ukrayna ordusu Qara dənizdə sanksiya altında olan tankerə zərbə endirib

"Atalanta" rəhbərliyi baş məşqçi Raffaele Palladino ilə yolları ayırmağı nəzərdən keçirir

Yaponiya tankeri Hörmüz boğazından keçdi

Meriya 61 milyon manatı nəyə xərcləyəcək?

Ceyhun Bayramov koreyalı həmkarı ilə danışdı

Erməni nazir: “Boşuna hay-küy salmayın, Azərbaycan düz edir”

Maliyyə Nazirliyinə yeni aparat rəhbəri təyin edilib

Azərbaycanda monitorinqə cəlb ediləcək dövlət müəssisələrinin reyestri yaradılıb

Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

ÜDM 183,7 milyon manat azalıb

Gələcək qaynanasının qızıllarını oğurlayıb özünə nişan mərasimi keçirdi

AYNA bu avadanlıqlar üçün 1.5 milyon ayırdı

Azərbaycanda 11 şəhərin baş planı təsdiq olunacaq

7 körpənin öldüyü yanğınla bağlı təqsirləndirilənlərin həbsi tələb olundu

Bütün xəbərlər