AİB sədrindən AQTA-nın fəaliyyəti ilə bağlı sərt sözlər - Zəhərlənmənin səbəbləri

"Azərbaycanda zəhərlənmə halları ilə bağlı aparılan qeydiyyat bərbad vəziyyətdədir. Zəhərlənmələrin qeydiyyat siyahısı Qida Təhlükəsizliyi Agentliyinin saytında yerləşdirilir. Qida Təhlükəsizliyi Agentliyinin zəhərlənmələrə dair statistikası isə ümümdünya göstəricisindən 1400 dəfə az göstərilir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Sədrin sözlərinə görə, zəhərlənmə halları ilə bağlı dəqiq statistika verilmir:

"Belə çıxır ki, biz dünyanın ən xoşbəxt adamlarıyıq. Yəni zəhərlənən xalq deyilik. Hansı ki, dünyada hər il 10 nəfərdən birinə zəhərlənmə diaqnozu qoyulur. Ümumdünya göstəricisinə gələndə orta hesabla Azərbaycanda bir milyon zəhərlənmə halı olmalıdır. Əgər dünyanın ən xoşbəxt xalqıyıqsa, onda gərək biz uzunömürlülər siyahısında olaq. Lakin Ümumdünya Səhiyyə Təşkilatının uzunömürlülər siyahısında Azərbaycan 1990 ölkə arasında 115-ci yerdədir. 115 ölkədən geri qalırıq”.

Sədrə görə, bu kimi hallar onu göstərir ki, ölkədə zəhərlənmə halları ilə bağlı qeydiyyat düzgün aparılmır və bu sahədə problemlər var:

"Qida Təhlükəsizliyi Agentliyi yaradılıb, lakin onlar vəziyyətə nəzarət edə bilmir. Azərbaycanda dönərxanalar böyük problemə çevirilir. Dönərdən zəhərlənmənin səbəbləri təkcə ət deyil, eyni zamanda orada sanitariyanın, gigienik vəziyyətin həddən artıq pis olmasıdır. Yararlılıq müddəti 5 saat olan mayonezlərin vaxtının keçməsi, bu gündən sabaha saxlanılan dönərlərin kiflənmiş olması və s. də nəticəyə təsir edir.
Əminəm ki, Qida Təhlükəsizliyi Agentliyi deyəcək, bu hadisə bir dönərxanada olub”.

Sədrin fikrincə, belə hadisələrdə AQTA malın mənbəyini axtarmır:

"Dönərxanalar xammalı verən müəssisə QTA-da reystrə daxil olur. Guya xammal əladır. Bu məsələ neçə illərdir ki, davam edir. Yaxşı olar ki, hadisə araşdırılsın. Gizlədilmə faktlarına son qoyulmalıdır. QTA-nın əsasnaməsinə dəyişiklik edilməlidir. Onlar tez və cəld yoxlama mexanizmlərinə malik olmalıdırlar. Təəssüf ki, bunlar yoxdur. Azərbaycanda mükəmməl istehlakçı siyasəti yox dərəcəsində olduğundan bu hallar baş verir”.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər