Xocalıda baş verənlər narahatlıq yaratdı: Torpaqlar kimlərə verilir? - AÇIQLAMA

dogruxeber.tv: - Deputat Aqil Abbas Milli Məclisin oktyabrın 29-da keçirilən iclasında deyib ki, Xocalıya köçən ailələrə 1 metr torpaq da icarəyə verilmir. Onun sözlərinə görə, Qarabağda torpaq icarəyə verilənlər arasında bir qarabağlı belə yoxdur.

Sitat: “Adam var, Xocalıda nar bağını icarəyə götürüb. Ora niyə Xocalıdan olana verilməyib? Belə problemlər var. Bununla ciddi məşğul olmaq lazımdır. Bu torpaqlar yerli camaata icarəyə verilmir. Qarabağa köçənlərə heyvan saxlamağa 1 metr də torpaq verilmir. Torpaqlar kiminsə monopoliyası üçün işğaldan azad edilməyib. Ali Baş Komandan torpağı işğaldan azad etdi. Köçənlərə bu torpağı verin də!”.

Xocalıda nə baş verir?

Globalinfo.az-a danışan əslən Xocalıdan olan deputat Elman Məmmədov deyib ki, təkcə Xocalıda yox, işğaldan azad olunmuş ərazilərdə əhalinin kənd təsərrüfatı ilə məşğul olması üçün şərait yaradılır.

Onun sözlərinə görə, təhlükəsizlik tədbirləri görüldükdən, ərazi minalardan tamamilə təmizləndikdən sonra həmin yerlər iş adamlarına, sahibkarlara, kənd təsərrüfatı ilə məşğul olmaq istəyən şəxslərə icarəyə verilir:

“Torpaqlardan istifadə olunması və kənd təsərrüfatı məhsullarının istehsal edilməsi üçün torpaqlar icarəyə götürülür. Burada üstünlük doğma yurdlarına qayıdan yerli sakinlərə verilir. Eyni zamanda kənardan gələn şəxslərin də torpaq icarəyə götürməsi qadağan deyil. Bu, qanunla icazə verilən bir haldır. Artıq yerli sakinlər arasında da xeyli sayda icarəyə torpaq götürənlər var. Aqil Abbasın qaldırdığı məsələyə gəlincə, özüm hər gün Xocalı ilə əlaqə saxlayıram, tez-tez də gedib-gəlirəm. Bu gün də danışmışam, amma əhali tərəfindən narazılıq olmayıb”.

E.Məmmədovun fikrincə, A.Abbas düz deyir ki, Xocalı ətrafında olan müəyyən torpaqlar Xocalıdan olmayan sahibkarlara icarəyə verilib:

“Lakin burada qəbahət və ya pis bir şey yoxdur. Təbii ki, Xocalı sakinlərindən də kim müvafiq qurumlara torpaq icarəsi ilə bağlı müraciət etsə, onlara da torpaq veriləcək. Hətta Xocalı sakinlərinə torpaq güzəştli şərtlər əsasında verilir. Bir müddət öncə sahibkarlara müraciət etmişdim ki, iş yerlərinin açılması, şəhərin, kəndlərin bərpasında iştirak etsinlər və bütün yük dövlətin üzərinə düşməsin. Kənd təsərrüfatında yararlı torpaqların istifadə olunması üçün hər bir Azərbaycan vətəndaşına şərait yaradılmalıdır. İmkanı olan, o işlə məşğul olmaq istəyənlər Xocalı torpağını əkib-becərirsə, mal-heyvan saxlayırsa, kənd təsərrüfatı məhsulları istehsal edirsə, bu, alqışa layiqdir. Həmkarım Aqil bəy demək istəyir ki, yerli sakinlər də torpaqsız qalmamalıdır. Bunlar ciddi nəzərə alınır. Bir şey də var ki, həmin torpaqlar heç kimə əbədi verilmir. Orada fəaliyyət göstərən sahibkarlara da torpaq müqavilə əsasında verilir”.

Oxunub: 397

Son xəbərlər

Deputat oğlunun Dubayda milyonluq mənzilləri üzə çıxdı

Azərbaycan və Türkiyə hərbi pilotlarının birgə taktiki-uçuş təlimi başa çatıb

Təhsildə “inkişaf” illüziyası: söz var, əməl yoxdur

Sabah hava yağmursuz keçəcək - PROQNOZ

Braziliya səfiri: Qarabağın bərpa templəri heyranlıq doğurur

Azərbaycanda icbari sığorta bazarı 28 %-dən çox kiçilib

Aeroport şosesində qəza olub, yolda sıxlıq yaranıb

Tərtərdə 48 yaşlı kişi arı sancmasından ölüb

Zelenski: Rusiya bir həftə ərzində Ukraynaya 1 100 aviabomba atıb

Yol Polisi həftəsonu yollardakı vəziyyətlə bağlı sürücülərə xəbərdarlıq edib

Hikmət Hacıyev Azərbaycanda akkreditə olunmuş hərbi attaşelərlə Şuşadan foto paylaşıb

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 72 nəfər saxlanılıb

Prezidentin köməkçisi: Şuşadakı Qazançı kilsəsi ilkin görkəminə qaytarılıb

Bakıda ucuz mebel adı altında sosial şəbəkələrdə dələduzluq edən keçmiş məhkum saxlanılıb

Diplomatik korpusun nümayəndələri Laçına yola düşüb

Azərbaycan neftinin qiyməti 2 %-dən çox azalıb

Tramp: Netanyahu və Aun mayın 11-də görüşə bilər

Xəzərdə zəlzələ olub

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Cüdoçularımız ilk günü medalsız bitirdilər

Rusiyada evdə baş verən yanğında 7 nəfərlik ailə ölüb

Rusiya XİN: BMT TŞ-nin beş üzvü arasındakı deqradasiya strateji risklərin artmasına səbəb olub

Tramp: ABŞ Yaxın Şərq ölkələrində güc strukturunu yeniləməyə davam edəcək

“Riyad” ticarət mərkəzində mebel sexi yanıb

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bütün xəbərlər