"Dəmir Yolları" hamı ilə məhkəmə çəkişməsindədir - gömrük idarəsi, icra başçısı...

dogruxeber.tv: - Bakı Baş Gömrük İdarəsi ilə “Azərbaycan "Dəmir Yolları” QSC məhkəmədə üz-üzə qalıb. Anaxeber.info məlumat verir ki, iddianı “Azərbaycan Dəmir Yolları” QSC qaldırıb. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdir. İş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. 5 dekabr tarixində hakim Elvin Əliyevin sədrliyi ilə işə baxılacaq. Lakin ADY-nin ilk məhkəməsi deyil. Məsələn, oktyabrda "Azərbaycan Dəmir Yolları” ASC "Foodcity Alliance" MMC-ni məhkəməyə verib. Həmin ay isə QSC barəsində məhkəməyə şikayət verən şəxs qurumun keçmiş işçisi Əsgərov Faiq Nəsrəddin oğludur.

Noyabr ayında isə Lənkəran şəhər İcra Hakimiyyəti ilə “Azərbaycan Dəmir Yolları” QSC məhkəmədə üz-üzə gəlib. İddianı “Azərbaycan Dəmir Yolları” qaldırıb. Prosesdə maraqlı tərəf kimi Şərifova Natavan Sudef qızı da iştirak edir. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisədir. Tərəflər torpaq üzrə mübahisə yaşayır.

İş baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilib. 18 dekabr tarixində hakim Fehruz Abbasovun sədrliyi ilə işə baxılacaq.

Ümumən gözlənilirdi ki, Cavid Qurbanovun vəzifədən gedişi Azərbaycan Dəmir Yollarının "dəmir əl" kimi idarə olunmasına səbəb olacaq. Amma yeni gələn rəhbər Rövşən Rüstəmov sözün həqiqi mənasında özünü onun davamçısı kimi apardı.

Sanki Kərbəlayı İsmayıl yerini Qəmloya təhvil verdi. İntəhası, ADY faktiki fəaliyyətsizdir. Paytaxtdan ətraf qəsəbələrə və Sumqayıta elektrik qatarları, bir də Qəbələ və Gəncəyə Allah qoymasa guya sürət qatarları olmasa, demək olar ki, pandemiya başlayandan ölkənin dəmiryolları hərəkətsizdir. Bəs, ADY rəhbərliyi nə işlə məşğuldur? Axı şəhərlərarası qatarlar işləmir, bu qədər maşinist, bələdçi işsizdir, qəpik-quruş bəlkə maaş ala, ya almayalar...Həmçinin, vaqonlar təzələnməyib, dəmiryol infrastrukturu yenilənməyib, dünya artıq belə problemləri arxaik hesab etdiyi vaxtda, bizdə hələ sovetdənqalma, iylənmiş vaqonlar pas atıb işləyəcəyi günü gözləyir və belə bir halda, ADY rəhbəri Rövşən Rüstəmovun fəaliyyəti nədən ibarətdir? Bir hesabatlılıq varmı? Bəs, büdcədən ayrılan vəsaitlərin xərclənməsi haqda maliyyə hesabatı varmı?//Siamaz.com

Son xəbərlər

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

"Vaşinqtona etimad göstərmirik" - İran

Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Bütün xəbərlər