ABŞ Rüfət Səfərovun saxlanılmasını diqqətlə izlədiyini deyir

dogruxeber.tv: - Patel Bakını hüquq müdafiəçiləri və jurnalistlərə qarşı repressiyalara son qoymağa çağırıb ABŞ Rüfət Səfərovun saxlanılması ilə bağlı prosesi diqqətlə izlədiyini və xəbərdən narahat olduğunu açıqlayıb.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel "Turan”a deyib.

ABŞ Rüfət Səfərovun saxlanılmasını diqqətlə izlədiyini deyir

"Hüquq müdafiəçisi Rüfət Səfərovun Azərbaycanda saxlanılması ilə bağlı yayılan xəbərlərdən dərin narahatıq”, – deyə Dövlət Departamentinin mətbuat katibinin müavini bildirib.

O qeyd edib ki, Səfərov Azərbaycanda siyasi motivli həbslər, işgəncələr və hökumət korrupsiyası ilə bağlı hesabatlar hazırlayan "Müdafiə Xətti” hüquq müdafiə təşkilatının rəhbəridir: "O, insan haqları sahəsində fəaliyyətinə görə Dövlət Departamentinin mükafatına layiq görülüb və bir neçə gündən sonra bu mükafatı almalı idi. Lakin çərşənbə axşamı Bakıda polis tərəfindən saxlanılıb”.

Patel Azərbaycanı "haqsız yerə həbs olunanların hamısını azad etməyə və vətəndaş cəmiyyətinə, o cümlədən hüquq müdafiəçiləri və jurnalistlərə qarşı repressiyalara son qoymağa” çağırıb: "Dünyadakı insan haqları müdafiəçilərinin öz işlərini maneəsiz və qisas qorxusundan azad şəkildə həyata keçirə bilməsi çox vacibdir”.

"Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru, hüquq müdafiəçisi Rüfət Səfərov dekabrın 3-də saxlanılıb.

Ailə üzvləri deyirlər ki, Rüfət Səfərov həbs olunacağı barədə dəfələrlə xəbərdarlıq alıb.

Ondan tələb edilib ki, insan haqlarının müdafiəsilə bağlı fəaliyyətini dayandırsın.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti hüquq nüdafiəçisinin saxlandığını təsdiqləyib.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, torpaq alqı-satqısı ilə əlaqədar Rüfət Səfərovla bir nəfər arasında münaqişə olub və bununla bağlı araşdırma aparılır.

Hüquq müdafiəçisinə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.1 (xuluqanlıq) maddələrilə ittiham irəli sürülüb.

İddia olunur ki, hüquq müdafiəçisi torpaq satmaq adıyla Natiq İmamverdiyev adlı şəxsdən pul alıb, mübahisə zamanı onu vurub.

Rüfət Səfərov isə bu ittihamın saxta olduğunu, belə bir şəxsi öncədən ümumiyyətlə tanımadığını, dekabrın 3-də evə gələrkən yaşadığı binanın yanında ona hücum etdiyini, ardınca da polislərin onu tutub apardığını bildirir: "İttiham tamamilə şər və böhtandır, hüquq müdafiəçisi kimi fəaliyyətimlə bağlıdır”.

O bildirib ki, saxlanılması iki gün sonra ABŞ-yə gözlənilən səfərini əngəlləmək üçündür.

O, ilin güclü hüquq müdafiəçisi kimi mükafata layiq görülüb və namizədliyini ABŞ-nin Azərbaycandakı səfiri cənab Libbi irəli sürüb.
Dediyinə görə, mükafatı ona ABŞ Dövlət katibi Entoni Blinken təqdim edəcəkmiş.//siamaz.com

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər