Hüquq müdafiəçisi: Əfv olunanlar arasında bir nəfər belə siyasi məhbus yoxdur

dogruxeber.tv: - Mayın 25-də Azərbaycan Prezidenti İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncamı ilə 154 nəfər məhbus əfv olunub. Hüquq müdqafiəçilərinin dediyinə görə, əfv olunanlar arasında bir nəfər belə siyasi məhbus kimi tanınan şəxs yoxdur. Ölkənin hüquq müdafiə təşkilatlarının hesablamalarına görə, hazırda 300 nəfərədək insan siyasi məhbus həyatı yaşayır.

Prezidentin sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 63 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 52 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış 1 nəfər cəzadan azad edilib. Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 28 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunub.

Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 3 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Eləcə də islah işləri cəzasına məhkum edilmiş 2 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 4 nəfər isə cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını çəkmiş 1 şəxsin məhkumluğu götürülüb.

Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Turana bildirib ki, əfv sərəncamların imzalanması həmişə müsbət bir addımdır: "Çünki həbsdə olan adamlar azadlığa buraxılır, öz doğmalarına qovuşur".

Eyni zamanda hüquq müdafiəçi qeyd edib ki, Əfv Sərəncamında barələrində məhkəmə qərarı olan jurnalistlərin adlarının olmadığına görə çox təəssüf edir: "Həmçinin siyahımızda olanların heç biri əfvə düşmədi. Bu, çox təəsüfedicidir".

N.Cəfəroğlu hesab edir ki, Əfv Komissiyasının tərkibində dəyişikliklər edilməlidir: "Çünki həmin siyahıları komissya tərtib edir. Mən hesab edirəm ki, jurnalist qurumlarının rəhbərləri və redaktorları, hüquq müdafiəçiləri Prezident İlham Əliyevlə görüşüb ona jurnalistlərlə bağlı vəziyyət barədə məlumat verməlidir".

“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Turana deyib ki, bir nəfər belə siyasi və vicdan məhbusu əfv olunmayıb.

“Çox təəssüf edirəm ki, son illər imzalanan əfv sərəcamları arasında yeganə haldır ki, bir siyasi məhbus belə sərəncamın hüquqi dairəsinə düşməyib. Bu onu göstərir ki, Azərbyacan hakimiyyəti bütövlükdə hüquqi və siyasi açılımlara nəinki hazır deyil, heç iradə istəyi də yoxdur. Xüsusilə nəzərə alaq ki, son bir il ərzində beynəlxalq siyasi güc mərkəzləri, hüquq müdafiə təşkilatları, mötəbər hüquqi mexanizmlər, ABŞ-dan, Avropa Birliyindən, Avropa Şurasından insan haqlarının durumu, siyasi məhbusların vəziyyəti, onların azadlığa buraxılması ilə bağlı çox ciddi qərarlar, qətnamələr və çağırışlar var”, o qeyd edib.

Hüquq müdaqfiəçisinin əfv sərəncamından ciddi gözləntiləridə olmayıb.

“Şəxsən məndə belə gözlənti yox idi ki, bu əfv sərəncamı ilə 300-ə yaxınlaşan siyasi məhbus azadlığa buraxılacaq. Amma, beynəlxalq təpkilər və tənqidlərin fonunda müəyyən ümidlərim var idi ki, heç olmasa bir neçə siyasi məhbus azadlığa buraxıla bilər. Bunun isə tam əksini gördük”.

Rüfət Səfərovun fikrincə, belə əfv sərəncamı ilə rəsmi Bakı onu göstərmək istəyir ki, biz ölkənin daxilindəki hüquq və azadlıqlara qarşı son dərəcə kəskin bir siyasət yürüdürüksə, bu bizim daxili işimiz ola bilər.

"Beynəlxalq mövqelər və çağırışlar bizim üçün heç bir ciddiyyət kəsb etmir. Çünki hazırki hakimiyyətin dövründə, 30 il ərzində imzalanan əfv sərəncamlarının hər birində az sayda olsa da ciyasi və vicdan məhbusları azadlığa çıxıb. Bu yeganə əfvdir ki, siyasi məhbus azadlığa buraxılmayıb. Düşünrəm ki, bu, hakimiyyətin siyasi-emosional qeyri-hüquqi davranışının nəticəsidir”, hüquq müdafiəçisi qeyd edib.

Oxunub: 294

Son xəbərlər

Azərbaycanda quş qripi və nyukasl xəstəliyinə yoluxma var? (RƏSMİ AÇIQLAMA)

Buraxılış imtahanında xarici dildən hansı tələblər olacaq?

Vüsalə Əlizadə Azəri qızı Günel ilə qohum oldu

Bu şəxslərin vergi tutulan aylıq gəliri 400 manat azaldılacaq

Bir sıra qanunların "Maliyyə icarəsi haqqında" qanuna uyğunlaşdırılması I oxunuşda qəbul olunub

Azərbaycanlı xanımla evlənmək üçün SÜNNƏT OLDU

Əmək müqaviləsinə xitam verilməsi qaydası dəyişir

Tramp İrana üç gün vaxt verdi: İran müharibəyə hazırlaşır

"Gernika" bu dəfə dünyanın diqqətini İlham Əliyevin Qafqazda sülh naminə yürütdüyü siyasətlə cəlb edir

İki avtomobilin arasında qalaraq öldü

İlham Əliyev Cənubi Afrika Prezidentini təbrik etdi

Əli-Səttar Quliyev işdən çıxdı - Nazirdən yeni təyinat

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bu günə olan valyuta məzənnələri

Mərkəzi Bankın tenderi niyə ləğv olundu?

Avropanın bu yay ən populyar olacaq istiqamətləri açıqlandı - TOP-10

Tədqiqatçılar üçün laboratoriya avadanlıqlarının vahid rəqəmsal bazası yaradılıb

Ərdoğan və Tramp arasında telefon danışığı baş tutub

6 bal gücündə zəlzələ baş verib - Yaponiyada

Sabiq icra başçısı vəfat etdi

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

Bütün xəbərlər