Antarktidada dəniz buzunun rekord itkisi: Bunun nəticəsi nə ola bilər?

Antarktidada dəniz buzunun sürətlə əriməsi və fırtınaların artması son dövrün ən diqqətçəkən ekoloji hadisələrindən biridir. Alimlər bunu son əsrdə görünməmiş bir dəyişiklik kimi qiymətləndirirlər. Bu prosesin iqlimə ciddi təsir göstərə biləcəyi vurğulanır.

"dogruxeber.tv" xəbər verir ki, bu barədə "Nature" jurnalında dərc edilmiş Böyük Britaniyanın Milli Okeanoqrafiya Mərkəzinin yeni tədqiqatında məlumat verilib.

2023-cü ilin rekord dərəcədə az buz örtüyü

2023-cü ilin qışında Antarktidada dəniz buzunun səviyyəsi tarixi minimuma çatıb. Xüsusilə, Veddell, Bellinsqauzen və Ross dənizlərində buzun konsentrasiyası adi səviyyədən 80% aşağı olub. Bu dramatik dəyişikliklər Antarktida qitəsinin geniş iqlim sisteminə təsir göstərir.

Qış aylarında dəniz buzları nisbətən isti okean suyunun daha soyuq atmosferə istilik ötürməsini məhdudlaşdıraraq qoruyucu qalxan rolunu oynayır. Lakin buz təbəqəsi azaldıqca istilik sərbəst şəkildə atmosferə yayılır.

Alimlərin müşahidələrinə görə, bəzi bölgələrdə okeandan atmosferə buraxılan istilik miqdarı iki dəfə artıb. Bu istilik artımı isə fırtınaların yaranmasına səbəb olub. 2023-cü ildə itirilən buz örtüyü fırtınaların artmasına şərait yaradıb. Müqayisələr göstərir ki, 1990-2015-ci illərlə müqayisədə bəzi ərazilərdə fırtınaların sayı hər ay yeddi gün artıb.

Son illərin təhlükəli tendensiyaları

Alimlər qeyd edirlər ki, dəniz buzunun azalması fenomeni ötən onilliklərdə fərqli dinamika nümayiş etdirib. 1979-2014-cü illərdə Antarktidada dəniz buzunun miqdarı sabit artım nümayiş etdirib və 2014-cü ildə rekord maksimuma çatıb. Lakin 2016-cı ildən sonra sürətli əriyərək 2023-cü ildə misilsiz səviyyəyə enib və 2024-cü ildə də bu azalma davam edib.

ABŞ-ın Kolorado ştatındakı Milli Atmosfer Araşdırmaları Mərkəzindən Lora L. Landram və Elis K. Dyüvivye bildirirlər ki, bu dəyişikliklər sistemli iqlim dəyişikliyinin göstəricisidir: "Cənub Okeanında rejim dəyişikliyi ilə əlaqəli bu sistematik dəyişikliklərin gələcəkdə daha tez-tez baş verə biləcəyi ehtimal olunur".

Gələcək üçün xəbərdarlıq

Mütəxəssislər bildirirlər ki, bu tip iqlim dəyişiklikləri yaxın gələcəkdə daha ciddi fəsadlara gətirib çıxara bilər. Dəniz buzunun azalması qlobal hava sisteminə, okean dövriyyəsinə və biomüxtəlifliyə təsir göstərə bilər.

Son xəbərlər

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər