Sahibsiz qalan Lənkəran... - AXI NİYƏ?..

dogruxeber.tv: - Lənkəranda son vaxtlar insanları ən çox narahat edən, gediş-gəliş üçün yararsız hala düşən yollardır. Asfaltı dağılmış, bərbad hala düşmüş, üstü çuxurlu, palçığı dizə qalxan yollar illərdir ki, rayonda aidiyyəti qurumları heç də düşündürmür. Əsasən bu problemin müşkülə düşməsi yerli məmurların verdiyi yalan vədlər, əhaliyə göstərdikləri biganəlikdir.

Rəsmilər Lənkəranda bütün yolların rahatlığını deyirlər. Qaldı ki, görən dağa nə bələdçilik. Rayonda çox kənd yollarında artıq hərəkət etmək təhlükəlidir. Kərgəlan kəndin yolu daha acınacaqlı vəziyyətədir. Bir balaca yağış yağanda mövcud olan gölməçələr dolur, yol keçilməz olur. Payızın palçığı, yayın toz-torpağı isə yola çıxanları pis günə qoyur. Çala- çuxurlarda nəqliyyat vasitələri tez sıradan çıxır. Ümumiyyətlə, yol heç cür günün tələblərinə cavab vermir, onun təmirinə ciddi ehtiyac vardır. Kənddə yaranmış problemdən əlaqədar təşkilatların da yaxşı xəbərləri vardır. Di gəl ki, iş görülmür.

Lənkəranda yol sıradan bəxti gətirməyən bir kənddə Xanbulandır. Kənddə işlək yolda sürüşmə hadisəsi baş verib, hazırda yol yarasız hala düşüb. Qəzaların burada baş verməsi hər an labüddür. Daha dəqiq desək, yağışlı havada avtomobillərin idarəetməni itirməsi və arzuolunmaz qəzaların baş vermə ehtimalı çoxdur. Amma yolu qaydaya salmaq aidiyyəti qurumları heç narahat etmir. Rayonda Şilavar kənd camaatı da yoldan narazıdır. Deyirlər ki, “18-ci məhəllə” adlanan ərazidə avtomobillərin hərəkət etməsi mümkün deyil. Buna səbəb məhəllədən keçən yolu kəndin əsas yoluna birləşdirən hissədə bərənin olmasıdır. Yağıntılı günlərdə bu ərazidə piyadaların hərəkəti üçün də çətinlik yaranır. Dəfələrə bərəyə yıxılma halları da olub.

Lənkəran şəhərin özündə olan bərbad küçələr artıq sayını itirib. Şəhidlər Xiyabanı 46/18 ünvanında yerləşən küçə yollarında son vaxtlar yaranan çuxurlara yağış suları dolur, nəticədə nəqliyyat və piyadaların hərəkəti çətinləşir. Heydər Əliyev küçəsi, Kiçik Bazar məscidinin yanındakı dördmərtəbəli binanın yerləşdiyi yollar dağılıb, amma təmir olunmur. Sayı bilinməyən çuxurlar istər yağışlı, istərsə isti günlərdə həmişə gediş-gəliş üçün problemdir. Şəhərdə dağılıb yararsız hala düşən küçələrdən biri Məmməd Səid Ordubadinin adınadır.

Yerli sakinlər söz düşəndə bildirirlər ki, bizim Prezidentimiz olduqca müdrik, öz xalqını sevən, gecə-gündüz onların xoş güzəranı naminə çalışan bir rəhbərdir. Amma yerli məmurlar xalqı tamam unudub, özündən başqa heç kimi düşünmür. Nəticədə rayonda həlli vacib olan sosial məsələlər get-gedən qalaqlanır. Bunlardan ən əsası isə illərlə yolların təmirsiz qalmasıdır...//hurriyyet.az

Sahibsiz qalan Lənkəran... - AXI NİYƏ?..

Son xəbərlər

Qəbələdə üfunət və iri siçanlardan şikayət: Sakinlər kömək istəyirlər

"Amay"ın qarşısında kişinin başına daş düşdü

Əlilliyi olan 2 mindən çox şəxs işlə təmin edildi

Cərimə meydançasına aparılan avtomobilə görə xərclər nə zaman QAYTARILIR?

“Öz məhəlləsinə verir, biz isə qalırıq belə” -Su üzünə həsrət qalan Bakıxanov sakinləri

Bakıda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, birinin meyiti aşkarlandı

Türkmənistan Ukraynanın Xəzərə hücumunu pislədi

Qarsa yeni baş konsul təyin edildi

Qarabağ Veteranı Bəhruz Alışov: "Binəqədi İcra Hakimiyyəti mənə haqsızlıq edib"

AB-dən iranlı hakimlərə sanksiya..

Dünya çempionatı Bakıda keçiriləcək – Prezident sərəncam imzaladı

Mərkəzi çağırış komissiyasının iclası keçirilib

Saleh Məmmədovun Almaniyadakı tikinti layihəsi ilə bağlı yeni iddia

Bu ÖLKƏDƏ DƏHŞƏT yaşanır - Alovlar yüz minlərlə adamı qovur

İlham Əliyev 3 fərman imzaladı

Günəşdə güclü alışma baş verib

İİKK-nin polkovniki oğurlandı

Bu şəxslər 7 min manatadək cərimələnəcək

Bakıda külək 7 ağacı aşırdı

Güclü külək: DYP-dən sürücülərə xəbərdarlıq

”TEYMUROĞLU CONSTRUCTION” MTK-DA DƏŞHƏTLİ FAKTLAR

Traktorun təkəri altında qalan kənd sakini vəfat etdi

Bakı havasındakı tozun səbəbi – Açıqlandı

Şabran sakinlərinin işıq dərdi: "Ərzaqlarımız xarab olur"

DİM-dən “sənət qətliamı” – Abituriyentlər kütləvi şəkildə kəsilib, müəllim və valideynlər şokda

Kredit borcunu qaytara bilməyənlərə şad xəbər

Türkiyə bu ölkəyə F-16 qırıcılarını göndərir

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub

Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyində idarəetmə ilə bağlı ciddi iddialar: Tarixi irsin qorunması sual altındadır

Qarabağ suvarma kanalında bir nəfər batdı

Bütün xəbərlər