Neftçalada 13 kəndi birləşdirən yol keçilməz hala düşüb - AAYDA isə PUL GÖZLƏYİR...

Neftçalada 13 kəndi birləşdirən 30 kilometrlik yolun keçilməz olması sakinlərin narazılığına səbəb olub.

"dogruxeber.tv" “Report”a istinadən xəbər verir ki, Şorsulu-Qaçaqkənd-Xolqarabucaq-Xəzərkənd avtomobil yolunun 12 kəndin ərazisindən keçən hissəsi 2012-2013-cü ildə əsaslı təmir edilərək istismara verilib.

Sakinlərin sözlərinə görə, üstündən bir il keçməmiş yol yenidən bərbad vəziyyətə düşüb. Buna səbəb ağır tonnajlı yük maşınlarının bu yolda intensiv hərəkət etməsidir: "Bu yol 8 ildir ki, bərbad vəziyyətə düşüb. Düzdür, 2013-cü ildə yol təmir işləri aparıldı və üzərinə asfalt döşənərək istismara verildi. Lakin bir ildən sonra buradan yük maşınlarının mütəmadi istifadə etməsi səbəbi ilə yenidən bu yolu bərbad vəziyyətə saldı".

Sakinlər bildiriblər ki, yolun bərbad olması səbəbi ilə xəstəsi olanlar vaxtında xəstəxanaya çatdıra bilmirlər: "Yanğın hadisəsi baş verdikdə isə yanğınsöndürən maşınlar gələnədək ev tamamilə yanaraq külə dönür. Ən çox da zərərçəkən sürücülər olur. İdarə etdikləri avtomobillərin hissələri tez-tez sıradan çıxır".

Xüsusi ilə payız-qış aylarında yağış, qar yağan kimi yolda hərəkət etmək belə mümkün deyil. Avtomobil yolu bərbad vəziyyətdə olduğundan indi sakinlər çətin durumda qalıblar. Bununla bağlı aidiyyati qurumlara müraciət etmələrinə baxmayaraq, hələlik hər hansı bir tədbir görülməyib. Yerli əhali isə bu əzab-əziyyətdən qurtulmaq üçün avtomobil yolunun nə vaxt təmir olunacağını səbirsizliklə gözləyir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli "Report"un yerli bürosuna bildirib ki, kəndlərarası avtomobil yollarının yenidən qurulması Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramı çərçivəsində öz həllini tapır: "13 yaşayış məntəqəsini əhatə edən, uzunluğu 42,4 kilometr olan Neftçala rayonunun Qaçaqkənd-Xolqaraqaşlı-Xəzərkənd avtomobil yolunun, həmçinin uzunluğu 31,4 kilometr olan 12 yaşayış məntəqəsini əhatə edən Salyan rayonunun Şorsulu-Seyidlər-Sarvan-Alçalı avtomobil yollarının da yenidən qurulması da Dövlət proqramına salınıb. Təbii ki, maliyyə vəsaitinin ayrılması gözlənilir. maliyyə vəsaiti ayrılan kimi sözügedən avtomobil yollarını və bu kimi təmirə ehtiyacı olan yolların qurulması icra olunacaqdır".

Neftçalada 13 kəndi birləşdirən yol keçilməz hala düşüb - AAYDA isə PUL GÖZLƏYİR...

Neftçalada 13 kəndi birləşdirən yol keçilməz hala düşüb - AAYDA isə PUL GÖZLƏYİR...

Neftçalada 13 kəndi birləşdirən yol keçilməz hala düşüb - AAYDA isə PUL GÖZLƏYİR...

Neftçalada 13 kəndi birləşdirən yol keçilməz hala düşüb - AAYDA isə PUL GÖZLƏYİR...

Son xəbərlər

Çin təbii fəlakətlərlə mübarizə məqsədilə Mərkəzi Asiya ölkələri ilə peyk bürcü yaradır

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

İçilərin və o cümlədən digər fiziki şəxslərin hansı gəlirləri, gəlir vergisindən azaddır?

Dəmir yolu relslərinin arasına tonlarla daş tökülməsinin səbəbi bəlli oldu

Azərbaycanda ödənişli hərbi xidmət olacaq? (AÇIQLAMA)

İtaliyanın ən uzun çayı quruyur

“İskəndər” raket istehsalı zavodu vuruldu

Xorultunun qarşısını dərmansız necə almaq olar?

Ukraynanın MiQ-29 qırıcısı qəzaya uğrayıb

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Rusiya bu yaşayış məntəqəsini işğal etdi

Sosial şəbəkələrdə "myGov" iddiası - Sistemdə olmayan analiz nəticələri görünür

Əmisi oğlunun toyundan 13 yaşlı qızı qaçırdı, 8 il sonra həbs olundu

Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü - Video

Bakı-Naxçıvan aviareysləri ləğv edilib

Ukraynanın Volqoqrada hücumu nəticəsində bir nəfər ölüb, 11 nəfər yaralanıb

Deputatlarımız Tblisiyə gedir

Dörd günlük güclü maqnit qasırğası olacaq

Azərbaycanda bazar günü hava yağmurlu olacaq

Dilarə Səlim vəzifəsindən azad edilib? - Açıqlama

Cəlilabadda yaşayış evi yanaraq kül oldu

Rusiya Zaporojye və Xarkovdakı YDM-lərə zərbələr endirib

Bu ölkədə son 50 ilin ən isti günü qeydə alındı

Onlara general rütbəsi verildi – SİYAHI

Bu gün Bakıda UFC turniri keçiriləcək

Azərbaycan duz istehsalını artırıb

Bakıda yeniyetmə motosikletlə avtomobilə çırpıldı, ağır xəsarət aldı

İsti avtomobili saniyələr içində necə sərinlətmək olar?

Çimərliyə getmək istəyənlərin nəzərinə!

DYP yağışlı hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər