İki universitetə 27 milyon manat ayrılıb

"2025-ci ildə Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universitetinə dövlət büdcəsində 27 milyon manat ayrılması nəzərdə tutulub".

Bu fikirləri elm və təhsil nazirinin müavini, "İnsan kapitalı və təhsil üzrə" İşçi qrupunun rəhbəri Kənan Kərimzadə "Azərbaycan müəllimi" qəzetinə deyib.

Nazir müavini qeyd edib ki, cari tədris ili ölkəmizin ali təhsil sistemində bir sıra yeni universitetlərin fəaliyyətə başlaması ilə əlamətdar olub:

"2024-25-ci tədris ilində Qarabağ Universiteti fəaliyyətə başlayıb. Bu tədris ili üzrə Qarabağ Universitetinin bakalavriat səviyyəsinə 1 104 tələbə qəbul olub və qəbul planı 98,5 faiz yerinə yetirilib. Universitetə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Cari ildə universitetin fəaliyyətinin təmin edilməsi məqsədilə dövlət büdcəsində 17 milyon manat vəsait nəzərdə tutulub. Qarabağ Universitetində infrastruktur quruculuğu işləri də yüksək sürətlə davam etdirilir.

Ölkə Prezidentinin müvafiq Fərmanı ilə "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu" təsdiq edilib. 2024-25-ci tədris ilindən fəaliyyətə başlayan TAU-da hazırda kompüter mühəndisliyi, sənaye mühəndisliyi və qida mühəndisliyi ixtisasları üzrə 83 tələbə təhsil alır. 2025-ci ildə universitetin fəaliyyətinin təmin edilməsi və tələbə qəbulunun artırılması məqsədilə dövlət büdcəsində 10 milyon manat vəsait nəzərdə tutulub".

Son xəbərlər

Bu şəxslər 1000 manatdan 25 min manatadək cərimə olunacaqlar

Naxçıvan MR-də Prezidentin səlahiyyətli nümayəndəliyinin statusu dəyişdirilir

Malların gömrük dəyəri manatla bəyan ediləcək

Moped sürənlərin nəzərinə: İmtahan 40 manat, qeydiyyat 15 manat olacaq

Lisey və gimnaziyalara qəbul tarixi uzadıldı

Azərbaycanın Gürcüstandan avtomobil idxalı 38% azalıb

Göz zəifliyi uşaqlara keçə bilərmi? – Oftalmoloq açıqladı

Azərbaycanda yumurta ucuzlaşdı

Türkiyə müdafiə naziri: Hörmüz boğazında missiyaya hazırıq

“AzerGold” QSC-də Qvineya Respublikasının planlaşdırma, beynəlxalq əməkdaşlıq və inkişaf naziri ilə görüş keçirilib

Qeyri-çimərlik ərazilərdə 12 nəfər batdı

Hərbçilərə ŞAD XƏBƏR - Artım olacaq

Paşinyan: "ABŞ TRIPP layihəsi üçün fond yaradır"

Bu təhsil müəssisəsi gələn il məzun verməyəcək

Narkotik satanlar həbs olundular

Türkiyədə bələdiyyə sədrləri saxlanıldı

Azərbaycanlı gənc Qara dənizdə boğuldu - Foto

“iPhone 18 Pro”nun qiyməti açıqlandı

Sumqayıtda dostlar arasında dava: bıçaqlanan var

Səmanın yeni ovçusu - “Dəmir arı” dövrü başladı

Avstraliya Ukraynaya silah tədarükü üçün əlavə 70 milyon dollar ayıracaq

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

Bütün xəbərlər